Bu günlərdə Milli Kitab Müsabiqəsi yekunlaşdı.Nəticə: yenə ədalətsizlik oldu. Bu müsabiqə ənənəviləşmiş ritualı xatırladırdı.Hay-həşir, müsahibələr, reportajlar, ədalətli seçim barədə çıxışlar, bu dəfə nəhayət ki, Azərbaycanda şəffaflıq olacağı barədə vədlər və sonda yenə münsiflərin, müsabiqəni təşkil edənlərin öz feodal mahiyyətlərinə qovuşması kimi absurd nəticə. Ağalar müəllimin əla tapıntısıdır: “əcəb eləmək”.Bu insanların onları ədalətsizlikdə qınayanlara qarşı şüarı belədir: əcəb eləyirəm, yaxşı eləyirəm, kef mənim deyil, özüm bilərəm...İndi səs-səmir yoxdur. İşlərini görüb “həh” deyib oturublar. Görək növbəti şou nə vaxt baş tutacaq...
Plagiat roman
Müsabiqədə birinci yerə layiq görülən Elxan Qaraqanın “A” romanını oxudum və dəhşətə gəldim.Əsər başdan-ayağa plagiatdır. Amma bu barədə mətbuatda bir kəlmə də yazılmayıb. Bəs ədəbiyyat tənqidçiləri hara baxır?“A” romanı 1999-cu ildə David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“fight club”) filminin plagiatıdır. Bir balaca kino ilə maraqlanan adamın bu kino haqqında məlumatı olmalıdır.(FİLMİN ƏSAS SÜJET XƏTTİ - VİDEO - YOUTUBE)
Çünki ən azından bu filmin baş rollarında Bred Pitt və Edvard Norton kimi məşhur aktyorlar çəkilib.“Döyüş klubu” olduqca tanınmış filmdir və hələ də ən uğurlu ekran əsərlərindən biri kimi qiymətləndirilir. Filmin adı boevik filmini xatırladır, amma məzmunu olduqca dərin fəlsəfəyə malikdir.Edvart Norton (filmdə adı keçmir, o, başına gələnləri şərh edəndir) həyatının mənasını itirib, hər gün iş-ev, ev-iş. Yuxusuz gecələr, televizora baxmaqla vaxt öldürmək...Norton ağır xəstələr üçün nəzərdə tutulmuş “dəstək qrupları”nı ziyarət eləməyə başlayır. Ağır xəstələrin şikayətlərini dinləməklə o, öz həyatına şükr etməyə başlayır.Bir az rahatlanır və gecələr yatmağa başlayır. “Dəstək qrupları”nda o, Marla Singerlə tanış olur. Marla Singer onun kimi saxta xəstədir, sonradan onların münasibəti yaranır.Norton səyahətə çıxır, təyyarədə olduqca xarizmatik sabun satıcısı Tayler Dördınla tanış olur. Tayler Dördın Nortonun həyatını dəyişdirəcək olan adamdır.Bir dəfə Tayler Nortona onun sifətinə yumruq vurmasını istəyir, Norton nə qədər etiraz eləsə də, sonda Taylerə yumruq vurur. Onlar dəlicəsinə döyüşməyə başlayırlar, döyülmək əslində reallığı hiss etmək idi.Və beləliklə, onlar “Döyüş klubu”nun əsasını qoyurlar. “Döyüş klubu”nun prinsipi qalibiyyət, fiziki tərbiyə və s. deyildi, burda əsas olan səbr, ruhun nihilizmi kimi ağrını hiss etmək və mənfi enerjidən qurtulmaq idi.Bu insanlara azadlıq verir və onları xilas edirdi. Çox keçmədən “Döyüş klubu”nun üzvlərinin sayı artır, onlar minləri, milyonları keçir, həyatda öz yerlərini itirmiş adamlar, üsyankar, etirazçı adamların hamısı “Döyüş klubu”nun üzvü olmağa başlayır.Dünyanın bir çox şəhərlərində klubun filialları açılır, televiziyalar, qəzetlər onlardan yazmağa başlayır.Klubun üzvləri xüsusi qara geyimdə gəzirlər. Tayler əfsanəyə çevrilir, hamı ondan danışmağa başlayır, bəziləri onu peyğəmbər, bəziləri isə xilaskar kimi görür.Sonradan döyüş klubunun üzvlərinin missiyası dəyişir, onlar indi yalnız bir-birləri ilə döyüşməklə yox, şəhərlərdə xaos yaratmaqla məşğul olurlar. Bu birbaşa Taylerin əmri ilə həyata keçirilir, böyük şirkətlərin, bankların mərkəzi binalarına hücumlar edilir, partlayışlar törədilir.Məqsəd bütün insanların bank hesablarını sıfırlamaq və onlar arasında ədaləti bərpa etmək idi.Hər kəs sıfırdan başlamalı idi, şüar beləydi: “Biz ədaləti bərpa etmək üçün sivilizasiyanı məhv etməliyik”.Norton döyüş klubunun missiyasının dəyişməsinə etiraz edirdi, onun bütün bunlardan xoşu gəlmirdi. Tayler ondan uzaqlaşmışdı, onlar təhlükəli işlər görürdülər, halbuki, Nortonun hesablarında bütün bunlar yox idi.Norton ən yaxın dostu Robert Polsenin (Bob) polis tərəfindən güllə ilə vurularaq ölməsindən sonra şok keçirir.Bu hadisə onun üçün bir çox şifrələrin tapılması ilə nəticələnir. Norton yoxa çıxmış Taylerin izinə düşür. Və... Anlayır ki, Tayler əslində, elə onun özüdür.Norton anlayır ki, Tayler adlı bir adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil...Hallusinasiya...İndi isə keçək “A” romanınaRomanın qəhrəmanı Anar həyatının mənasını itirib, hər gün ev-iş, iş-ev. Bu darıxdırıcı həyatdan qurtulmaq üçün o, səyahətə çıxır, səyahət zamanı Aysellə tanış olur, sonradan Aysellə münasibəti yaranır. Başına qəribə hadisələr gəlir, həbsxanaya düşür. Həbsxanada o, “A”nın dostu Azadla tanış olur, onlar birlikdə həbsxanadan qaçırlar.Azad Anarı Bakıdakı QƏRARGAHA aparır. Anar QƏRARGAHDA başa düşür ki, bura toplaşanlar hansısa cəmiyyətin üzvləridir. Cəmiyyətin adı “HOST”dur, üzvləri isə HOST-çu adlandırırlar. Bura toplaşanlar həyatda öz yerlərini itirmiş, üsyankar, etirazçı gənclərdir.İlk vaxtlar Anar özünü cəmiyyətdə çox yaxşı hiss edir, sonradan sevdiyi Ayseli də yanına gətirə bilir.“HOST”un sıraları hər keçən gün genişlənir, müxtəlif şəhərlərdə, Türkiyə, Rusiya, İran, Gürcüstan kimi ölkələrdə onun filialları açılır. Azad olmaq istəyən gənclərin sayı gündən-günə artır.Bütün televiziyalar, qəzetlər HOST-çulardan yazmağa başlayır. “HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi xüsusi qara geyimdə gəzirlər. Tayler kimi “A” da əfsanəyə çevrilir.Hamı ona peyğəmbər, xilaskar kimi baxmağa başlayır. Müəyyən müddət keçəndən sonra “Döyüş klubu”nda olduğu kimi, “”HOST”un da missiyası dəyişir. Tayler kimi, “A” da “HOST” un üzvlərinə əmr verir: şəhərlərdə xaos yaratmaq lazımdır.“HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi zorakılıqlar törətməyə başlayır, şəhərlərdə partlayışlar törədilir. Aləm bir-birinə dəyir, xaos yaranır. Anar Norton kimi ilk vaxtlar bu işin içində olur.Nortonun sevgilisi Marla kimi, Azadın sevgilisi Aysel də onu başa düşməyərək ondan uzaqlaşır. Azadın da Norton kimi bütün bu olub-bitəndən xoşu gəlməməyə başlayır.Norton ən yaxın dostu Robert Polsenin ölümündən sonra bir çox şifrələri açmağa başlayır. Anar da ən yaxın dostu Abbası itirəndən sonra hər şeyin fərqinə varmağa başlayır.Norton kimi Anar da edilən zorakılıqlara qarşı çıxmağa başlayır.Norton Tayleri çözdüyü kimi, Anar da “A”nı çözməyə başlayır... Və anlayır ki, “A” əslində onun özüdür.Anar anlayır ki, “A” adlı adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil.Hallusinasiya...
Necədi plagiatdı, yoxsa yox?
Sistemi dağıtmaq“Döyüş klubu” filmini solçular xüsusilə çox sevirlər. Çünki bu film ilk növbədə SİSTEMƏ qarşıdır. “A” romanı da SİSTEM əleyhinədir. Amma “A” romanının müəllifi malı-mala qatıb.“Döyüş klubu”nun qəhrəmanları kapitalist dünyasının qayda-qanunlarını məhv etməyi qarşılarına məqsəd qoyublar. Onlar dünyanın ən böyük maliyyə mərkəzlərini məhv etməklə ədalətə nail olmaq istəyirlər.“A” romanının qəhrəmanları isə fahişələri tutub döyməyi, onları damğalamağı, maaşın azlığından dolana bilməyərək rüşvət almaq məcburiyyətində qalan müəllimlərə hücum etməyi, onları döyməyi, məktəb auditoriyalarında nadinclik edən şagirdlərin başına işəməyi, gecə evə gec gedən kişiləri vaxtında evə yola salmağı SİSTEMİ dağıtmaq kimi başa düşürlər.“Döyüş klubu”nda çox fəlsəfi, dərin anlamlı dialoqlar var, amma “A” romanındakı qəhrəmanlar arasındakı dialoqlar 70-ci illərin hind filmlərindəki dialoqları xatırladır. Romanın bəzi yerlərindəki dialoqlar isə demək olar ki, “Döyüş klubu”ndakı dialoqların bir balaca dəyişdirilmiş variantıdır... “A” romanın müəllifi “Döyüş klubu”nu plagiat edib, amma bir çox yerlərdə məntiqi səhvlər buraxıb.Romanla film arasındakı eyniliklər o qədər çoxdur ki, bunları yazası olsam gərək qəzetin 16 səhifəsini buna həsr edəm...
Münsiflər hara baxır?
“A” romanı “Döyüş klubu” filminin plagiatıdır. Süjet xəttinin eyni olması, məzmunun eyni olması bunun ən bariz nümunəsidir. Qaraqan romanına lətifələr, nağıllar əlavə etməklə, onun həcmini bir az artıra bilib.Çünki film olduğu kimi köçürülsəydi kitabın həcmi çox kiçik alınardı.Ən gülməlisi də odur ki, romanın girişində müəllif “Döyüş klubu”ndakı Taylerə işarə edərək: “Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə...” cümləsini yazıb.Romanı oxuyub qiymətləndirən ədəbiyyat müsabiqəsinin münsifləri yəqin ki, bu Tayleri hansısa filosof, ya da yazıçı hesab ediblər. Ən azından bu cümlə plagiatı tutmaq üçün bir ip ucu ola bilərdi.Mənə qəribə gələn odur ki, müsabiqədə kino mütəxəssisləri də münsif qismində iştirak ediblər.Bəs, onlar hara baxıblar? Yəqin ki, ya romanı ümumiyyətlə, oxumadan qiymətləndiriblər, ya da azərbaycanca oxuya bilməyiblər, başqa səbəb mümkün deyil.Kino mütəxəssisinin “Fight club”, yəni “Döyüş klubu” filmindən xəbərdar olmaması daha bilmirəm nə deməkdir...
Sonda
Həə, bir də müsabiqənin təşkilatçıları bu kitabı ingilis dilinə tərcümə edərək, xaricdə çap etmək niyyətindədirlər. Onlara bir nəfər deməlidir ki, dünyanın sivil, mədəni ölkələrində müəllif hüquqları kimi bir anlayış var. Yəni oralarda “əcəb eləyirəm” işə yaramır.Mədəni insanlardır, onlar belə şeylərə öyrəşməyiblər, hətta bilmirlər ki, “əcəb eləmək” nə olan şeydir.Ora bizim “bazar” deyil. Plagiata görə məhkəməyə zada verərlər, altından çıxa bilmərik.Sonra da bütün dünyanın qəzetləri yazar ki, bəs, eşitmisinizmi Azərbaycan adlı neft ölkəsində ədəbiyyat müsabiqəsi keçirilib və plagiat əsər birinci yerə layiq görülüb, heç kimin də xəbəri olmayıb. Lazımdır duran yerdə bu bizə?Oturmuşuq da analoqu olmayan ölkəmizdə, onsuz da ölkəmiz misli görülməyən inkişaf müstəvisində iri addımlarla irəli şığıyır, qarşısını almaq heç cür mümkün deyil.Dünyanın nankor ölkələri bunu görməsələr də eybi yoxdur, canımız sağ olsun. Təki bu plagiatı bəhanə gətirib ayağımıza badalaq vurmasınlar.
ELEKTRON MƏNBƏ. http://www.take.az/news/3439-hazirqaraqan305n-a-k304tabi-plag304atdir.html
Yazarlar
среда, 11 августа 2010 г.
En cox oxunan fəlsəfi kitablar
1. Güstav le Bon, "Kütlələrin psixologiyası"- 10 man;
2. Uill Dürant, "Fəlsəfi hekayətlər"- 10 man ;
3. Daniel Yergin, "Neft fəlsəfəsi"- 12 man;
4. Heydər Hüseynov, "XIX əsr Azərbaycan fəlsəfi-ictimai fikir tarixindən"- 10 man;
5. Niyazi Mehdi, Dilarə Mehdi, "Fəlsəfə tarixində fəlsəfə"- 4 man;
2. Uill Dürant, "Fəlsəfi hekayətlər"- 10 man ;
3. Daniel Yergin, "Neft fəlsəfəsi"- 12 man;
4. Heydər Hüseynov, "XIX əsr Azərbaycan fəlsəfi-ictimai fikir tarixindən"- 10 man;
5. Niyazi Mehdi, Dilarə Mehdi, "Fəlsəfə tarixində fəlsəfə"- 4 man;
вторник, 10 августа 2010 г.
Ə.Əkbər: "Artuş və Zaur".
Bir müddət öncə özünü postmodern yazar sayan Əli Əkbərin biabırçı "Artuş və Zaur" kitabı satışdan çıxarılmış, ona qadağa qoyulmuşdu.
KİTABİN ELEKTRON VERSİYASİNİ AŞAGİDAKİ LİNKDƏN YÜKLƏYƏ BİLƏRSİNİZ.
http://www.boxca.com/9rvxsrdl16e3/Artush_ve_Zaur.zip.html
KİTABİN ELEKTRON VERSİYASİNİ AŞAGİDAKİ LİNKDƏN YÜKLƏYƏ BİLƏRSİNİZ.
http://www.boxca.com/9rvxsrdl16e3/Artush_ve_Zaur.zip.html
XXI əsr Amerika şeiri. Culi O Kallaxan
Tanıtım:
Xanım Culi O Kallaxan 1954-cü ildə Çikaqoda anadan olub. 1974-cü ildə əcdadlarının vətəni İrlandiyaya köçür. Burada gələcək əri ədəbi tənqidçi Dennis O Driskolla tanış olur və burada yaşamağa başlayır.
İlk kitabı- "Yüngül lətifələr" 1983-cü ildə çap olunub. Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü gördü və bu, fakt onun özünütəsdiqində böyük rol oynadı. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ı tərk etsə də, özünü amerika şairi hesab edir.
Şirin çörəklər və qar
Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.
Bacım iri fincandan
kakao içir.
Arxamızda
kitabların sakitləşdirici düzülüşü,
pəncərənin çöl tərəfində
ağ işıqların
qışın budaqlarını bəzəməsi.
Ona görə
hər şeyi necə var
eləcə saxlamaq istəyirəm:
qoy qar parıldayaraq,
kakao buxarını yaysın,
şəkər tozu səpilmiş bükmələr
ağ boşqabda gözləyərək dursun -
nə qədər mümkünsə.
Ev
İllinoys ştatında doğan günəş
məni,
özümü yad bir adam kimi
hiss etməyə məcbur edir,
burada isə -
öz maşınımdaca
irlandlı gənc oğlan mənə
şimala - Çikaqoya doğru,
xəyalındakı yüz illər əvvələ
şütüməyi hökm edir.
Həyatımı idarə edən bu oğlan
maşınımın istiqamətini müəyyənləşdirir.
Haçansa Bostonu nişan alsaydı
deməli, indi mən
ora şütüyərdim.
Təsirlidir,
təsirlidir ki, biz kiməsə
həvalə edirik taleyimizi,
başqaları müəyyənləşdirir
bizim nə vaxt harada olmağımızı,
danışıq şivəmizin necəliyini.
Təsirlidir ki,
bizi başqaları məcbur etməlidir
düzənlikdə
və sünbül əkilmiş tarlalarda
yaşamağa.
Yük maşınlarının yanındakı kafedə
iri fincandan qəhvə içirəm
və anlamağa çalışıram
kənddə yaşayanların
sol yanımda necə oturduğunu,
və arxamda olan hərbçilər də
beləcə, hadisələrin hökmüylə
səpələniblər buraya -
boşluqların tən ortasına.
Və biz indi
sadəlöhvlüklə bu yeri
ev adlandırırıq.
E-mənbə: http://almaqezeti.com/?mod=view&id=4632
Xanım Culi O Kallaxan 1954-cü ildə Çikaqoda anadan olub. 1974-cü ildə əcdadlarının vətəni İrlandiyaya köçür. Burada gələcək əri ədəbi tənqidçi Dennis O Driskolla tanış olur və burada yaşamağa başlayır.
İlk kitabı- "Yüngül lətifələr" 1983-cü ildə çap olunub. Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü gördü və bu, fakt onun özünütəsdiqində böyük rol oynadı. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ı tərk etsə də, özünü amerika şairi hesab edir.
Şirin çörəklər və qar
Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.
Bacım iri fincandan
kakao içir.
Arxamızda
kitabların sakitləşdirici düzülüşü,
pəncərənin çöl tərəfində
ağ işıqların
qışın budaqlarını bəzəməsi.
Ona görə
hər şeyi necə var
eləcə saxlamaq istəyirəm:
qoy qar parıldayaraq,
kakao buxarını yaysın,
şəkər tozu səpilmiş bükmələr
ağ boşqabda gözləyərək dursun -
nə qədər mümkünsə.
Ev
İllinoys ştatında doğan günəş
məni,
özümü yad bir adam kimi
hiss etməyə məcbur edir,
burada isə -
öz maşınımdaca
irlandlı gənc oğlan mənə
şimala - Çikaqoya doğru,
xəyalındakı yüz illər əvvələ
şütüməyi hökm edir.
Həyatımı idarə edən bu oğlan
maşınımın istiqamətini müəyyənləşdirir.
Haçansa Bostonu nişan alsaydı
deməli, indi mən
ora şütüyərdim.
Təsirlidir,
təsirlidir ki, biz kiməsə
həvalə edirik taleyimizi,
başqaları müəyyənləşdirir
bizim nə vaxt harada olmağımızı,
danışıq şivəmizin necəliyini.
Təsirlidir ki,
bizi başqaları məcbur etməlidir
düzənlikdə
və sünbül əkilmiş tarlalarda
yaşamağa.
Yük maşınlarının yanındakı kafedə
iri fincandan qəhvə içirəm
və anlamağa çalışıram
kənddə yaşayanların
sol yanımda necə oturduğunu,
və arxamda olan hərbçilər də
beləcə, hadisələrin hökmüylə
səpələniblər buraya -
boşluqların tən ortasına.
Və biz indi
sadəlöhvlüklə bu yeri
ev adlandırırıq.
E-mənbə: http://almaqezeti.com/?mod=view&id=4632
Nobel mükafatçısı Q.Q.Markes
Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin müsahibəsini sizə təqdim edirik. Bu müsahibə 2004-cü ildə “Literra” jurnalında dərc olunub. Müsahibənin müəllifi Migel Palasiodur.
- Müəlliminiz kim olub?
- Mənim üçün müəllim o kəslərdir ki, bir insanın öz şəxsiyyətini formalaşdırmasına, həyat yolunu seçməsinə, bacarığını inkişaf etdirməsinə təsir edə bilirlər. Belə adamlar az olmayıb. Xüsusilə ana tərəfdən babam, polkovnik Nikolas Rikardo Markes Maxiya. Babam əla zərgər idi, qızıldan balaca balıqlar, üzük, boyunbağı, bilərzik və bir çox başqa şeylər düzəldirdi. Mən onun evində böyümüşəm. Babam mənə çox şey öyrətdi, iştirak etdiyi vətəndaş müharibələrindən danışdı, təbiət sirlərini açdı. Müxtəlif sözlərin mənası barədə babama o qədər sual verirdim ki, kişi axırda naəlac qalıb, lüğətə əl atmalı olurdu. Elə bir vaxt olmayıb ki, o, balaca nəvəsinin marağını qulaqardına vursun, nəyisə başa düşməkdə ona kömək etməsin. Polkovnik Markes doğmalarımın arasında yeganə adam idi ki, məni başa düşürdü. Uşaqlıqda, yeniyetməlik vaxtı güclü təxəyyülüm vardı, özümdən cürbəcür hoqqalar çıxarır, hadisələr, dostlar uydururdum. Sağlam olduğum halda hamını ölümcül xəstə olduğuma inandırırdım. Həyatıma maraq qatmaq, onu daha parıltılı, rəngli görmək istəyirdim. Buna görə məni danlayırdılar, “gopçu”, “zəvzək” deyirdilər. Babam yeganə adam idi ki, uydurmalarıma görə məni danlamırdı. Bəlkə də o, bu balaca gopçuya baxanda gələcəyin böyük yazıçısını görürdü. Bir dəfə çəkdiyim gülməcələri ona göstərəndə, babam dedi: “Bu uşaq nəsə uydurmağa bələkdən vərdiş eləyib”. Babam öləndə səkkiz yaşım vardı. Və yazıçılığımın bütün mahiyyəti həmin səkkiz ildə özümlə nə baş verdiyini anlamaq, təsvir etmək cəhdidir.
İkinci müəllimim litseydə mənə ispan dili və ədəbiyyatını öyrədən Karlos Xulio Kalderon Ermida oldu. Onun sevimli şagirdi idim. Don Karlos litseyin təlim-tərbiyə işləri üzrə müdiri idi. Hər dəfə hoqqabazlığıma görə cəzalandırılmağım lazım gələndə, o, məni parta arxasında əyləşdirib, sabahkı dərs üçün hekayə yazmağa məcbur eləyirdi. Məni yazmağa da o həvəsləndirdi.
Ədəbiyyatdakı müəllimlərimə gəlincə, dörd ad çəkə bilərəm. Ümumiyyətlə, ədəbi təsir vacib məsələdir. Uzun müddətdir ki, bu, məni düşündürür. Lap sütül vaxtlarımda əlimə Kafkanın “Çevrilmə” əsəri keçdi. Oxudum və əməlli-başlı sarsıldım. Yadımdadı, o vaxt özümə dedim: “Budur, tapdım! Əgər ədəbiyyat budursa, onda yazmağa dəyər!” Kafka mənə başa saldı ki, ədəbiyyatda qadağan və mümkünsüz bildiyim şeyləri nəinki etmək olar, hətta lazımdır. Kağız-qələm götürüb, yazmağa başladım. İlk hekayələrim Kafkanın təsiri altında yarandı. İndi onları əsərlərimdən ibarət antologiyalara salırlar. Bunu doğru hesab eləmirəm, çünki ilk ədəbi təcrübələrim həddən artıq intellektuallaşdırılmış əsərlərdir və öz həyatımla, reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Mənimsə insanlara demək istədiyim bunlar deyildi.
Uilyam Folkner də mənə çox şey öyrədib. Daha doğrusu, o, şəxsi qənaətlərimi təsdiqləyib. Onun təsvir etdiyi dünya mənim yazmaq istədiyimə çox oxşayır, sadəcə, Folkner Cənubi Amerikanı yazıb. Həmin yerlər dünyaya gəldiyim Karib sahillərinə, Arakatakaya çox oxşayır. Otlaqlar, palmalar, ağ dəmirdən damı olan evlər, dəmiryollar, qatarlar - bunların hamısı Cənubi Amerikada da, mənə doğma olan yerlərdə də var. Məsələ burasındadır ki, Arakatakanı “Yunayted frut kompani” abadlaşdırmışdı. Bu şirkət özü ilə bura amerikan təcrübəsini, məişətini, həyat tərzini, Cənubi Amerikadakı, əvvəllər Meksikanın ərazisi olmuş, latındilli, latın mədəniyyətli ştatların ab-havasını gətirdi. Odur ki, Folkner də mikrodünyamın bir hissəsinə çevrildi.
Virciniya Vulf da mənə qəribə təsir göstərib. Bu qadının heyrətamiz zaman hissiyyatı var. O, ən dəqiq, real saniyələri, dəqiqələri, saatları, günləri təsvir edib, bununla belə bütöv bir əbədiyyət zəncirini yaradıb. Onun kitabları mənə yazmağı öyrədib.
Daha bir yazar var ki, adını çəkməyə bilmərəm. Bu, nikaraqualı şair Ruben Dariodur. Həyatımın kitabı hesab etdiyim “Patriarxın payızı”nda mən Darionun və Karib xalqlarının şeirləri ilə oynamışam. Məncə, böyük, feodal diktatorların zəmanəsi üçün Dario ən tipik şairdir. “Patriarxın payızı”nda roman boyu onun şeir dili ilə oynayırdım. Darionun şeirləri olmasaydı, “Patriarxın payızı” da olmazdı…
- Həyatınızdan və yazıçı karyeranızdan razısınız?
- Yəqin ki, hə. Həyat və karyeramdan narazı olduğumu desəm, hamıya qəribə gələr. Yaşımın da elə bir vaxtıdır ki… İndi 76 yaşımda durub, özümü “qəlbi daima gənc”, “hər şeyi başdan başlamaq istəyən” ahıl adamlar kimi aparmağım axmaqlıq olardı. Axı mən Fidel Kastro deyiləm ki, lap elə bu dəqiqə başımı növbəti cəncələ salmağa hazır olum. Bəlkə də insanda elə qeyri-təbii yaşam ehtirasının olması yaxşıdır. Buna görə hərdən Fidelə paxıllığım tutur. Qocalmağımdan məyus olduğumu da deyə bilmərəm. Mən həmişə qocalığa hazır olmuşam. On yaşım olanda dostlarım mənə “ağsaqqal” ləqəbi vermişdilər. Həmişə yaşıdlarımdan böyük görünməyə can atırdım və dostlarım deyirdi ki, mən özümü lap ağsaqqal kimi aparıram. Yaşımdan böyük görünmək istəyi uzun müddət məni tərk etmədi. Tez-tez hiss eləyirdim ki, babam kimi danışıram. Həyat və yazıçı karyeramda vacib mərhələ yarım əsr qorxduğum memuar yaradıcılığı oldu. Var gücümlə çalışdım ki, bu anı gecikdirim. Yer üzündəki sürdüyüm ömrün haqq-hesabını aparmaqda maraqlı deyildim - mən, sadəcə, yaşamaq istəyirdim. Bir şey də var ki, ömrün boyu oxucuya təxəyyül məhsulunu, olmayan şeyləri sırıyasan və qəfildən ona çılpaq həqiqəti demək məcburiyyətində qalasan! İki il əvvəl bu sınaqdan da keçə bildim. “Həyatını nağıl etmək üçün yaşamaq” adlı birinci memuarımdakı 579 səhifənin hamısı Qabriel Qarsia Markesdən eşitdiyiniz təmiz həqiqətdir. Xatirələrimi hələ 1989-cu ildən yazmağa başlamışdım. Amma 2000-ci ildə belə, onları nəşr nədi, heç adam arasına çıxarmaq olmazdı. Naşirlərim isə bu cür fikirləşmirdilər. Onlar məni həvəsləndirir, tələsdirirdilər və nəticədə demək olar ki, əlyazmanı əlimdən zorla aldılar. Dörd yüzə yaxın düzəlişi sonradan edəsi oldum. Kitabın leytmotivini ifadə edən epiqrafı da sonradan əlavə etdim: “Həyat yaşananlardan yox, yadında qalan və nağıl edə bildiyin şeylərdən ibarətdir”.
Müəyyən bir zamanı keçəndən sonra fərqinə vardım ki, Qabriel Qarsiya Markes adlı insan bir deyil, iki həyat yaşayır. Bu həyatlardan birini tanıyıram, bu öz həyatımdır, getdiyim yoldur. O biri həyatımda baş verənlər isə məndən asılı deyil. Həmin həyatımda mən əslində cəsarətim çatmadığı şeyləri edirəm. Bu ikiləşmə şöhrət quşu başıma qonandan sonra yarandı. Qəzetlərdə, jurnallarda iştirak etdiyim tədbirlər (əslində, o tədbirlərdən heç xəbərim də yox idi) barədə yazmağa başladılar. Mətbuatda dünyanın müxtəlif yerlərində oxuduğum mühazirələrimdən, verdiyim müsahibələrdən, qəbullardan, görüşlərdən xəbər tuturam. Maraqlı budur ki, mən o müsahibələri verməsəm belə, hər sözün altından qol çəkməyə hazıram. Nə qədər qəribə olsa da, uydurma müsahibələrim özümün verə biləcəklərimdən qat-qat maraqlı, oxunaqlıdır. O müsahibələrdə mənim fikirlərim, həyata baxışlarım, zövqlərim daha yaxşı ifadə olunur. Hələ bu harasıdır?! Neçə dəfə olub ki, dostlarımın evində qonaq olanda onların kitabxanasındakı kitablarımda öz xəttimlə, sevdiyim mürəkkəb qələmlə, vərdiş etdiyim tələm-tələsik tərzdə yazılmış avtoqraflarımı görmüşəm. Bir dəfə də olsun, fırıldağa tuş gəlmiş dostlarıma bu avtoqrafların mənə məxsus olmadığını deməyə ürək etməmişəm. Çünki bunu sübut etmək mümkün deyildi. Həm də istəmirəm, məni zəhlətökən qoca kimi tanısınlar. “Ekiz qardaş”ımın fəaliyyəti bununla da bitmir. Hər səfərimdə mənimlə yaxından tanış olan, ən azı bir dəfə görüşən və görüşün əziz xatirəsini qəlbində sevə-sevə yaşadan adamlarla qarşılaşıram. Elə insanlar var ki, guya hansısa qohumumla dostluq edir. Həmin adamı təsvir edəndə məlum olur ki, hər kimdisə, sadəcə, qohumuma oxşayır. Mexikoda bir sinyor tanıyıram, o eyzən Akapulkolu qardaşım Umberto ilə qurduğu kef məclislərindən danışır. Hətta bir dəfə qardaşımın araçılığı ilə ona göstərdiyim köməyə görə mənə təşəkkür də elədi. Uzun illər o sinyora Akapulkoda Umberto adlı qardaşımın olmadığını deməyə cəsarət etmədim. Belə şeylər həyatımda çox olub. Bu hadisələrdən çoxunu on altı il əvvəl “İkinci “Mən”im” adlı məqalədə birləşdirib çap etdirmişdim. Ümid edirdim ki, “ekiz qardaşım” bu məqaləni oxuyandan sonra başa düşəcək ki, etdiyi hərəkətdən artıq xəbər tutmuşam. Və mənim adımdan ağlına, ağzına gələni etməyəcək. Amma heç vecinə də olmadı. Hələ də qulağıma çatır ki, mənim adımdan min cür hoqqalar çıxarır.
Son illər məni əsəbiləşdirən şeylərdən biri də ölümümlə bağlı idi. Mətbuat inadla məni öldürüb, basdırmağa başladı. Neçə dəfə olub ki, televizoru açanda “Bu gün yazıçı Qabriel Qarsia Markes dünyadan köçdü” xəbərini eşitmişəm. Bir vaxtlar bu məni özümdən çıxarırdı, amma yavaş-yavaş azı iki aydan bir çəkən ölüm xəbərimi eşitməyə alışdım. Bu yaxınlarda Mexiko restoranlarından birində tanış jurnalist məni görəndə heyrətlə dedi: “Sinyor, mən bu gün radiodan sizin ölüm xəbərinizi eşitdim”. Əlimdən nə gəlir? Dedim ki, “necə öldüyümü görürsünüz də…”. İki il əvvəl isə özünü ağıllı hesab eləyən bir qoçaq internetdə vəsiyyət məktubumu yerləşdirmişdi. Səmimi pərəstişkarlarımın belə vulqar şeylər yazdığıma inanması məni həm utandırır, həm də ağrıdır.
Bunların hamısı qədərindən artıq olan şöhrətin fəsadlarıdır. Bununla heç nə etmək mümkün deyil. Mənim ikinci “mən”im Qabriel Qarsia Markeslə hesablaşmadan bu gen dünyada kef eləyir, şöhrətimin dənizində üzür, ağlına gələni edir. Bəlkə də xəbəri yoxdur ki, əslində biz bir-birimizə heç oxşamırıq! O, Qabriel Qarsia Markesin həyatını yaşayıb, kef elədiyi vaxtda mən yazı masasının arxasında qocalmaqla, məğrur tənhalığıma qapanıb, keçmişi gövşəyimə gətirməklə və bu dünyada can gəzdirməklə məşğulam…
- İndi ruhunuzun vəziyyəti necədir?
- On ildir ruhum narahat və həyəcanlıdır. Yaşadığımız dünya çox böyük sürətlə, pis mənada dəyişir və biz hamımız bu dəyişikliyi öz köynəyimizdə yaşayırıq. Dünya o qədər dəyişib ki, hərdən elə bilirəm, mən bu həyatdan heç nə qanmıram. Bəlkə də islaholunmaz romantikin, xəyalpərəstin biriyəm, amma bu dünyanın sabah, birigün necə olacağı məni maraqlandırmır. Buna görə də, bir çox həmkarlarımdan fərqli olaraq, fikirləşdiyimi ictimaiyyətə açıq deyə bilirəm. Bu, çoxlarının xoşuna gəlmir, mənim ictimai fəallığımı qınayırlar. İspaniya Kolumbiya vətəndaşlarına vizasız rejim tətbiq etməyənə qədər bu ölkəyə səfər etməmək qərarımı pisləyirlər. Kuba inqilabını dəstəkləməyimi qınayırlar. Siyasi aksiyalarda, həmçinin Kolumbiya hakimiyyəti və partizanların arasındakı sülh danışıqlarında iştirakımı pisləyirlər. Düzdü, mənim səsim heç nəyi həll etmir. Necə ki, hər hansı sadə vətəndaşın səsi təklikdə heç nəyi həll edə bilmir. Bəşəriyyətin problemlərini heç kim təkbaşına həll edə bilməz.
- Gələcəyə nəsə planlarınız var?
- Mənim gələcək üçün həmişə bir planım olub - yazmaq. Yazmadan bir gün də yaşaya bilmərəm. Son altı ildə görürəm ki, yaman tələsirəm. Yaşamağa tələsirəm. Xatirələrimi yazıb qurtarmağa tələsirəm. Bir çox işimi axıra çatdırmağa tələsirəm. Bununla belə, həmişə yaşadığım kimi yaşamağa çalışıram. Arzularım əvvəlki kimi çoxdur. Bu arzulardan biri və qorxuram ki, ən uzaq olanı köhnə dostlarımı geri qaytarmaqdır. Şöhrətin zirvəsinə qalxandan sonra ətrafıma baxıb gördüm ki, heç kim yoxdur. Qorxdum. Günün 24 saatını hamının gözü qarşısında ola-ola hamıdan təcrid olunmuş bir həyat yaşamaq sizə asan gəlməsin. Bax, mənim yazıçı həyatımın böyük bir hissəsini narahat edən əsl tənhalıq budur. Romanlarım, hekayələrim, povestlərimdəki əsas mövzü budur - tənhalığın hakimiyyəti və hakimiyyətin tənhalığı. Tale mənimlə qəddar oyun oynadı, ömrümün qürubunda tənhalığa gömdü: şöhrətin tənhalığı isə hakimiyyətin tənhalığına çox oxşayır. Hakimiyyətin tənhalığına uyğun gələn ən parlaq misal, köhnə dostum və böyük hörmət bəslədiyim milli lider Fidel Kastrodur. Amma Fidel mənim bu nəzəriyyəmi yumşaq desək, qəbul etmir.
- Bəs ailəniz…
- Ailəmi, doğmalarımı, yaxınlarımı çox sevirəm. Onlara ancaq yaxşılıq arzu eləyirəm və bacardığım qədər sevindirməyə çalışıram. Ailədə hər şey yaxşıdısa, yaradıcılıqda da hər şey yaxşı olur. Ədəbi uğurlarımın çoxunu doğmalarımın sevgisinə, dəstəyinə borcluyam. Bütün qəlbimlə arzu edirəm ki, ayrılıq və dava-dalaş kimi şeylər bizim ailədən yan keçsin.
- Sehrbaz olsaydınız, nə edərdiniz? Özünüz üçün…
- İfrat bədii, ağıllı ifadələri bir qırağa qoyub, səmimi desəm: canımı boğazıma yığmış bu xəstəlikdən yaxamı qurtarardım.
- Bəs doğmalarınız üçün…
- Onların xoşbəxtliyi üçün insani gücümlə bacarmadığım şeyləri edərdim.
- Yaradıcılığınız üçün…
- “Yüz ilin tənhalığı”nın bütün nəşrlərini, nüsxələrini yığışdırardım. Ən pis halda, onu təzədən yazardım. Mən bu əsərimdən utanıram, çünki bir sıra səbəblərdən onu lazım olduğu kimi yaza bilməmişəm…
Çevirdi: Günel Mövlud.
Jan Pol Sartr- "Divar"(hekayə)
Bizi divarları ağardılmış geniş otağa itələyib saldılar.
Güclü işıq şüası qamaşdırdığından gözlərimi qıymalı oldum. Bir qədər sonra masa, onun arxasında oturub kağızlarla əlləşən dörd mülki geyimli adam qarşımda peyda oldu. Digər dustaqlar bizdən bir az aralı dayanmışdılar. Onlardan çoxusunu tanıyırdım, yerdə qalanlar isə, görünür, gəlmələr idi. Önümdə biri-birinə çox bənzəyən iki nəfər sarısaçlı, dəyirmi başlı adam görəndə onların fransız olduğunu təxmin etdim. Nisbətən alçaqboylunun tez-tez şalvarını yuxarı çəkməsindən onun əsəbiliyini sezmək çətin deyildi.
Bütün bu çək-çevir üç saata yaxın davam etdiyi üçün bədənim artıq keyləşməyə başlamışdı, başımda da nə isə bir uğultu vardı. Amma otaq isti olduğundan bütün bunlara dözmək mümkün idi, çünki bir neçə gün sərasər şaxtada, ayazda əsir olmuşduq. Mühafizəçilər dustaqları birbəbir masanın önünə gətirirdilər. Mülki geyimli adamlar hər kəsdən familiyasını və sənətini xəbər alırdılar. Çox vaxt elə bununla kifayətlənir, bəzən isə "Hərbi sursat oğurlamamısan ki?" və ya "Ayın onunda harada idin və nə iş görürdün?" suallarını verirdilər. Cavabları isə heç dinləmirdilər, ya da özlərini dinləmirmiş kimi aparırdılar - gözlərini uzaqlara dikib susur, sonra isə xırda-para qeydlər edirdilər. Tomdan isə həqiqətən beynəlmiləl briqadada döyüşüb-döyüşmədiyini soruşdular. Sənədləri üstündə tutulduğundan bu suala yalan cavab verməsi yersiz olardı. Xuandan isə elə bir şey soruşmadılar, o elə adını söylədiyini gördü, həmin dəqiqə adamlar qələmlərini işə saldılar. Xuan dedi:
- Yəqin ki, bilirsiniz, qardaşım Xoze anarxistdir. İndilik buralarda deyil. Mənə gələndə isə, siyasətlə maraqlanmıram, heç bir partiyanın üzvü də deyiləm.
Qarşısındakılar lal-dinməz yazıya girişmişdi. Xuan eləcə hüdüləyib tökürdü:
- Mən tamamilə günahsızam. Başqalarının cəzasını bölüşmək kimi niyyətim də yoxdur.
Onun artıq dili-dodağı əsirdi. Mühafizəçi ona susmağı əmr edərək, oradan çəkib apardı. Növbə mənə yetişdi.
- Siz Pablo İbbiyetasınız?
Bunu təsdiq etdim. Adam kağıza göz ataraq:
- Ramon Qris harada gizlənir? - deyə soruşdu.
- Xəbərim yoxdur.
- Ayın altısından on doqquzuna qədər onu siz gizlətmisiniz.
- Bu heç də belə deyil.
Onlar yenə yazıya girişdilər, mühafizəçi məni otaqdan çıxartdı. Tomla Xuan koridorda, iki mühafizəçinin əhatəsində dayanmışdı. Üçümüzü də qabaqlarına salıb apardılar. Yolda Tom mühafizəçilərin birindən soruşdu ki:
- İrəlidə bizi nə gözləyir?
- Nə mənada? - deyə həmin adam xəbər aldı.
- Yəni bu nə idi ki, belə - istintaq, yoxsa məhkəmə?
- Məhkəmə idi.
- Yaxşı, bəs görəsən hansı hökm çıxarıldı?
Mühafizəçi quru-quru:
- Hökmü sizə kamerada xəbər verəcəklər - dedi.
Onların bu "kamera" adlandırdıqları yer əslində xəstəxananın zirzəmisi imiş. Ora dəhşət soyuq idi və hər tərəfdən yel çəkirdi. Bütün gecəni soyuqdan dişlərimiz biri-birinə dəydi, heç gündüz də sümüklərimiz isinmədi nəmişlikdən. Bundan əvvəlki beş günü mən arxiyepiskopluğun karserində keçirmişdim; bura lap o orta əsrlərdəki təkadamlıq dustaq quyularını xatırladırdı. Tutulanların sayı-hesabı olmadığından onları hara gəldi basırdılar. Hər halda mən o karserdəki quyumdan bir elə narazı da deyiləm, çünki ora ən azından bu zirzəmi qədər soyuq deyildi, hərçənd oradakı tənhalıq da adamı dəli edə bilərdi. Bu zirzəmidə isə mənim özümə görə qulaq yoldaşlarım vardı. Düzdür, Xuan daha çox ağzına su alıb oturmağa üstünlük verirdi, əvvəla, canını qorxu almışdı, ikincisi də ki, sütül gənc olduğundan danışacaq bir sözü də yox idi. Bəxtimdən Tom söhbətcil adam çıxmışdı və ispanca da əməlli-başlı bilirdi.
Zirzəmidə bir skamya və dörd həsir yataq var idi. Bizi içəri salıb, qapını bağlayandan sonra hərəmiz bir küncdə oturaraq bir müddət susduq. Sonra Tom dilləndi:
- Vəssəlam. Kitabımız burada bağlandı.
- Elədir, - deyə onunla razılaşdım. - Amma, yəqin ki, bizim bu uşağa dəyib-dolaşmazlar.
- Qardaşı partizan olsa da, bunun uşağa heç bir dəxli yoxdur.
Mən Xuana nəzər saldım, sanki o, bizi heç eşitmirdi. Tom sözünə davam etdi:
- Heç bilirsən Saraqosda bunlar nələr edirlər? Adamları yola düzüb, üstlərindən yük maşınlarıyla o baş, bu başa gedirlər. Bunu bizə əslən mərakeşli bir fərari nağıl etdi. Deyilənlərə görə, bu yolla onlar bir növ hərbi sursata qənaət edirlər.
- Bəs onda benzinə qənaət hansı şəkildə gerçəkləşəcək?
Tomun bu istehzalı danışıqları artıq məni qıcıqlandırmağa başlamışdı.
- Zabitlər isə əlləri ciblərində, siqaretləri damaqlarında yolun kənarıyla var-gəl edirlər. Bəlkə elə bilərsən ki, bunu o ayaqlarının ucunda can verənləri güllələməklə onların əzablarına son qoymaq üçün edirlər? Ay-hay! Orda yaralıların fəryadı, bağırtısı ərşə dirənibmiş. Mərakeşli danışırdı ki, lap əvvəl o canının ağrısından heç cınqırını da çıxarda bilmirmiş.
- Amma onların burada eyni oyunu durğuzmayacaqlarından arxayın ola bilərik, çünki nələri də olmasa, sursatları boldur, - dedim.
Zirzəmiyə gün işığı dörd dar nəfəslikdən və tavanın sol tərəfindəki dəyirmi bacadan düşürdü. Buradan səmanı görmək mümkün idi. Görünür, əvvəllər bu bacadan zirzəmiyə kömür doldururmuşlar, çünki həmin deşiyin alt tərəfində bir xeyli narın kömür qalaqlanmışdı. Yəqin bu kömürlə də xəstəxananı isidirmişlər. Müharibə başlananda xəstələri arxa cəbhəyə köçürsələr də, kömürü atıb getməli olublar. Bacanı qapatmaq isə heç kəsin ağlına gəlmədiyindən ara-sıra yuxarıdan yağış çiləyirdi. Qəflətən Tomun canına üşütmə düşdü:
- Lənətə gələsən! Bütün bədənim əsir. Bircə bu çatışmırdı!
O, ayağa qalxıb, gərnəşməyə başladı. Hər hərəkət zamanı köynəyinin yaxasından ağ və tüklü sinəsi gözə dəyirdi. Sonra o, arxası üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq qayçıvarı hərəkətlər etməyə başladı. Bu ara onun ətli yanbızlarının necə səyridiyi gözümdən yayınmadı. Belə götürəndə, Tom ətlicanlı və hətta piyli idi. Özümdən asılı olmayaraq güllə və süngülərin maniəsiz şəkildə onun bu iri və yumşaq yanbızlarını necə dələcəyini gözlərimin önündə canlandırdım. Bəlkə də o, çəlimsiz birisi olsaydı, belə bir xəyal heç ağlıma gəlməzdi də. Soyuqdan donmurdum, amma əl-ayağımın varlığını da hiss etmirdim. İtiyi olan adamlar kimi arabir həndəvərimə göz qoyurdum, gözüm yenə gödəkçəmi gəzirdi və bir an sonra xatırlayırdım ki, gödəkçəm elə o gedən gedib. Bu itki mənə yamanca yer eləmişdi. Onlar geyimlərimizi əynimizdən alıb, əvəzində bizə vaxtilə burada yatan xəstələrin yayda geydikləri kətan paltarları vermişdilər.
Tom yerdən dikəlib, mənimlə üzbəüz oturdu.
- Hə, necədir, isinə bildin?
- Yox, əşşi. Əksinə, nəfəsim təngləşdi.
Saat səkkizə doğru komendantla iki əsgər kameramıza baş çəkdi. Komendantın əlində siyahı vardı. Qapıçıya:
- Buradakıların familiyalarını sadalayın, - dedi.
Cavab gəldi:
- Steynbek, İbbiyeta və Mirbal.
Komendant gözlüyünü taxıb, siyahıya göz gəzdirdi:
- Steynbok… Steynbok… Aha, tapdım. Sizə güllələnmə hökmü çıxarılıb. Hökm sabah səhər icra ediləcək.
Siyahıya təkrar nəzər salaraq dedi:
- O biri ikisinə də həmçinin.
Xuan mızıldandı:
- Amma bu, mümkün deyil. Yəqin bir yanlışlıq olub.
Komendant çaşqınlıqla ona döndü:
- Familyanı de görüm.
- Xuan Mirbal.
- Heç bir yanlış-zad yoxdur. Güllələnmə yazılıb.
Xuan: - Amma mən heç nə eləməmişəm, - deyə israr etdi.
Komendnt çiyinlərini çəkərək bizə sarı döndü:
- Siz basksınız?
- Xeyr.
Görünür, komendantın halı heç özündə deyildi.
- Amma sizin üçünüzün də bask olduğunuzu söylədilər. Belə məlum olur ki, mənim baskları axtarmaqdan başqa daha heç bir dərd-sərim yox imiş. Yəqin ki, keşişə ehtiyacınız olmaz?
Biz susurduq. Komendant dilləndi:
- Hər halda belçikalı həkimi indi yanınıza yollaram. Qoy səhərə qədər yanınızda qalsın.
Bizə əsgər salamı verib, dışarı çıxdı. Tom dilləndi:
- Gördün, hər şey mən deyən kimi çıxdı. Heç kimə güzəştə getmirlər.
- Haqlıymışsan, - deyə razılaşdım. - Yaxşı, bəs bu uşağın günahı nə imiş? Əclaflar!
Əlbəttə, mən bunu insaf xatirinə söylədim, əslinə qalanda isə bu oğlandan sən deyən xoşum gəlmirdi. Oğlanın üz cizgiləri son dərəcə zərif olduğundan ölüm qorxusu onları tanınmaz dərəcədə dəyişdirmişdi. Bəlkə də üç gün əvvəl o, yeniyetmə oğlan təsiri bağışladığından daha xoşagəlimli imiş. İndi isə Xuan yıxılmış bir divara bənzəyirdi və adama elə gəlirdi ki, hətta həbsdən çıxsa belə, onun görkəmi bundan sonra necə var elə də qalacaq. Sütül gənc olduğu üçün adamın ona yazığı gəlirdi, bu mərhəmət hissi eyni zamanda məndə ona qarşı ikrah da oyadırdı, çünki onsuz da ondan zəhləm gedirdi.
Xuandan daha səs-səmir çıxmırdı, bət-bənizi, üzü və əlləri kağız tək ağarmışdı. O təkrar öz yerində oturub, gözlərini döşəmədə bir nöqtəyə zilləmişdi. Tom xeyli səmimi birisi olduğundan yanaşıb, onun əlini ovcuna almağa cəhd etdi. Oğlan isə qızğın biçimdə ondan aralandı və bu zaman onun üzündən acıqlı bir ifadə oxunurdu. Mən Toma:
- Onu rahat burax. Görmürsən, az qalır hönkürsün.
Könülsüz də olsa, Tom ondan əl çəkdi. Görünür, o, bu oğlanı öz taleyi haqda ağır fikirlərdən ayırmaq üçün oxşamaq, sakitləşdirmək istəyirdi. Belə şeylər nədənsə mənim əsəblərimə toxunur, çünki ölüm haqda fikirləşməyə heç vaxt sən deyən imkanım olmayıb. Amma indi iş elə gətirib ki, başıma gələnlərdən dolayı mən də bu barədə düşünməyə məcburam.
Tom məndən soruşdu:
- Bura bax, sən heç bunlardan kimi isə gedər-gəlməzə yollamısan?
Cavab vermədim. Belə olan halda Tom avqustun əvvəlindən bəri altı adamı necə gəbərtdiyini nağıl eləməyə başladı. Düşdüyü durumla əlaqədar olaraq onun öz-özünə hesabat vermədiyi və vermək istəmədiyi göz qabağındaydı. Əslində mən özüm də bu baş verən olaylardan heç nə anlamasam da, artıq öz ölüm hökmümlə razılaşmağımın necə ağır olduğu, üstümə yağacaq güllə yağışının bədənimi necə dəlmə-deşik edəcəyi haqda düşünürdüm. Hər halda bütün bu hisslərin mövcud gerçəkliyə elə bir dəxli yox idi. Həm də narahat olmağa dəyməzdi, bütün bunları götür-qoy etmək üçün qarşıda uzun bir gecəm var idi. Qəflətən Tom öz hekayətinə ara verdi. Gözaltı ona baxdığımda onun da rənginin qaçdığının şahidi oldum. Üzündən yazıqlıq yağırdı, daxilən: "Bəli də, indicə başlanacaq!" deyə düşündüm. Hava isə qaralmaq üzrəydi, tavandakı bacadan və dəliklərdən süzülərək, küncdə komalanmış kömür tozu ilə qarışan ölgün işıq döşəmədə qəribə ləkələr yaradırdı. Gözüm bacadan içəri boylanan bir ulduza sataşdı: aydın və ayazlı bir gecə idi.
Qapı açıldı, zirzəmiyə iki mühafizəçi daxil oldu. Onların ardınca içəri girən sarışın adam belçikalıların hərbi geyimində idi. Bizimlə salamlaşandan sonra dedi:
- Mən həkiməm. Bu ümidsiz vəziyyətinizi sizlərlə paylaşmaq üçün yanınızda gecələyəcəyəm.
Səsi həlimdi, danışığı mədəni təsir bağışlayırdı. Özümü saxlaya bilməyib soruşdum:
- Soruşmaq ayıb olmasın, o niyə?
- Tamamən sizin qulluğunuzdayam. Bu son saatlarınızı yüngülləşdirmək üçün əlimdən gələni etməyə hazıram.
- Axı, niyə məhz bizə baş çəkmisiniz? Hospitalda başqaları da var.
O müəmmalı şəkildə:
- Məni məhz sizin yanınıza göndərdilər, - dedi.
Sonra isə söhbətin məcrasını dəyişmək üçün:
- Siqaret istəyirsiniz? Qonaq olun. Hətta siqaram da var, - deyə bizə ingilis siqaretləri və Havana siqarları uzatsa da, bundan imtina etdik. Gözümü bir an belə ondan çəkmədiyimdən o, öz üzərində basqı hiss edirdi. Ona:
- Siz buraya heç də içinizdəki mərhəmət hissi gətirməyib. Mən sizi tanıdım. Əsir alındığım gün sizi kazarmanın həyətində görmüşdüm. Onda siz də elə indiki cəlladlarımızın arasında idiniz, - dedim.
Onun iç üzünü açmaq niyyətimə baxmayaraq, bu fikirdən azca sonra daşınmağıma özüm də heyrət etdim, çünki onun kimliyi məndən ötrü artıq maraqsız olmuşdu. Əvvəllər isə mən bir adamın yaxasından yapışırdımsa, ondan belə asan-asan qopmazdım. İndi isə heç ağız yormağa da həvəsim qalmamışdı. Çiyinlərimi ataraq, üzümü başqa yana tutdum. Az sonra başımı qaldıranda belçikalının böyük maraqla mənə göz qoyduğunu gördüm. Onun mühafizəçiləri isə həsirin üstündə oturmuşdular. Uzun-diraz Pedro darıxdığından heç bilmirdi canını hara qoysun, o biri əsgər isə elə hey başını yelləyirdi ki, yuxulamasın.
Qəflətən Pedro:
- Lampa gətirim? - deyə xəbər aldı.
Belçikalı cavabında başını tərpətdi və fikrimdən keçdi ki, deyəsən bunun mədəniyyəti bir bostan müqəvvasınınkından heç də artıq deyilmiş. Amma hər halda zalım adama da bənzəmirdi. Həkimin soyuq, mavi gözlərinə diqqət yetirəndən sonra qət etdim ki, o, mənlik sahibi olmadığı üçün bu dərəcədə alçalmağa razılaşıb. Pedro eşiyə çıxdı, az sonra gətirdiyi nöyüt lampasını skamyanın bir qırağına qoydu. Lampa sayəsində ətraf güclə işıqlanırdı, amma hər halda kor qaranlıqla müqayisədə buna da şükür etməliydik. Ona qədər isə biz sanki zülmətin dibində oturmuşduq. Mən uzun müddət gözümü lampanın tavana saldığı işığa dikib durdum. Tilsimlənibmiş kimi gözümü oradan ayıra bilmirdim. Birdən bütün reallıq qeybə çəkildi. Tavandakı işıq da həmçinin. Gözümü açanda ağır və çəkilməz bir yük altında qalıbmış kimi diksindim. Yox, bu nə qorxu hissi idi, nə də ölüm qayğısı. Buna hər hansı bir ad vermək mümkün deyildi. Yanaqlarım alışıb yanırdı, ağrıdan az qalırdı başım çatlasın.
Ağrı-sızıdan qıvrılaraq, yoldaşlarıma nəzər saldım. Tom üzünü əlləri arasına aldığından onun yalnız ağ, piy basmış peysəri gözə dəyirdi. Balaca Xuanın vəziyyəti isə lap xarablaşmışdı: ağzı yarıaçıq qalmışdı, burnunun pərələri aramla qalxıb-enirdi.
Belçikalı yanaşıb, əlini oğlanın çiyninə qoydu: görünür, bu yolla o, ona ürək-dirək vermək istəyirdi, amma gözlərindən əvvəlki soyuqluq heç də çəkilməmişdi. Həkim üsulluca əlini uzadıb, oğlanın əlindən tutdu. Xuan tərpənmirdi. Belçikalı üç barmağını onun biləyinin üzərinə qoymuşdu. Bu ara soyuqqanlı üzünü bir azca da irəli əydi ki, arxasını tam mənə dönsün. Qəddimi bir az da qabağa əyincə, onun, saatına baxaraq oğlanın bilək nəbzini saydığını gördüm. Oğlandan aralandığında Xuanın biləyi halsız şəkildə aşağı düşdü. Belçikalı gəlib divara söykəndi, sonra nə isə vacib bir şey xatırlayıbmış kimi bloknotunu çıxarıb, oraya nə isə yazdı. Mən çılğınlıq içərisində düşündüm: "Əclaf! Həddin var, bir mənim də nəbzimi yoxla, onda görərsən ki, adamın başını necə əzirlər". Amma o mənə yaxınlaşmadı. Başımı yuxarı qaldıranda mənə göz qoyduğunu gördüm. Düz həkimin gözlərinin içinə baxdım. O, kübar bir tərzdə soruşdu:
- Necə bilirsiniz, zirzəmi çox da soyuq deyil ki?
Görünür, soyuq öz canına işləmişdi, çünki bu, onun göyərmiş sir-sifətindən bəlli olurdu.
- Yox, mən üşümürəm, - dedim.
Amma bu cavabdan sonra da o, öz sərt baxışlarını məndən çəkmədi. Birdən hər şey mənə əyan oldu. Əlimi üzümə çəkdim: üzümü tər bürümüşdü. Qışın oğlan çağında, bu bumbuz, yel vurub yengələr oynayan zirzəmidə məni tər yuyub aparırdı. Əlimi saçlarımda gəzdirdim: onlar da curumbul su idi. Tərdən kürəyimə yapışan köynəyimi sıxsaydın, yəqin ki, su tökülərdi. Bir saatdan bəri məndən sel kimi tər getsə də, bunu heç hiss eləmirmişəm. Bu sarı donuz isə bayaqdan bütün bunların fərqində imiş. Yəqin o, yanaqlarımdan axan təri süzərək düşünürmüş ki, bütün bunlar qorxunun və bəlkə də patoloji qorxunun nişanəsidir. Özünü normal adam saydığı üçün və buradakı soyuğu normal adamlar kimi hiss etdiyindən o, bəlkə də qürrələnirmiş. Yaxınlaşıb, ona bir-iki çəkmək keçdi ürəyimdən. Amma yerimdən dikəlmək üçün elə ilk cəhdimdə utanc və qəzəb hissi məni tərk etdiyindən laqeydləşərək təzədən skamyaya çökməli oldum. Yenidən dəsmal çıxarıb, boyun-boğazımın tərini silməkdən başqa əlimdən bir şey gəlmədi. Saçlarımın uclarından necə tər süzüldüyünü açıq-aşkar hiss etdiyim üçün artıq canım sıxılırdı. Bir qədər sonra tərimi silməyə ara verməli oldum, çünki dəsmal yamyaş olsa da, tər kəsilmək bilmirdi. Altıma da su çıxdığından şalvarım skamyaya yapışmışdı. Birdən balaca Xuan dilləndi:
- Siz həkimsiniz?
- Həkiməm, - deyə belçikalı cavab verdi.
- Deyin… bu ağır və… uzun çəkir?
- Hə, bu… əgər… Yox, ani olur, - deyə belçikalı təsəlliyə keçdi. Bunu söylədiyi zaman onun üzü pullu müalicə ilə məşğul olan həkimlərinkinə məxsus bir ifadə almışdı.
- Amma eşitdiyimə görə… deyirlər ki… guya bəzən… birinci atəşlə iş bitmir.
Belçikalı başını yellədi:
- Birinci atəşlə əsas orqanlar sıradan çıxmazsa, belə olur.
- Onda tətiyi təzədən çəkib, adamı bir də nişan alırlar ki?
Bir az ara verərək, xırıltılı səslə əlavə etdi:
- Buna da müəyyən vaxt gedir?
Onu daha çox cismani əzablar rahatsız edirmiş və onun yaşında bu, təbii sayılmalıdır. Mən isə belə şeyləri ağlımın ucundan belə keçirmirdim və bu cür qan-tərə batmağım da ağrılar qarşısındakı qorxumla bağlı deyildi. Yerimdən qalxıb, kömür yığınına tərəf getdim. Tom bundan diksinib, qəzəblə məni süzdü: şəpşəplərim ətürpərdici səslər çıxarırdı. Öz-özümə düşündüm ki, görən mənim də üzümün rəngi onunku kimi solğundur?
Səma şairanə idi, dayandığım yerə işıq düşmürdü, başımı qaldıranda ilk öncə gözümə Böyük Ayı bürcü sataşırdı. Amma indiki vəziyyətim əvvəlkindən bir az fərqlənirdi: əvvəllər, arxiyepiskopluq karserində saxlandığım vaxtlar mən istədiyim vaxt göy üzünün bir parçasını görə bilirdim və bu, içimdə müxtəlif xatirələr oyatmağa yetirdi. Məsələn, sabahlar, göy üzü açıq mavi rəngdə və şəffaf olduğu vaxt Atlantik okeanın çimərlikləri yaddaşımda canlanırdı. Günortaya doğru, günəş öz qızıl taxtına oturanda isə Sevilya barlarında zeytunla ançous (=duza qoyulmuş hamsa balığı – A.Y.) yeyib, mansanilya şərabı içdiyim vaxtlar xatirimə gəlirdi. Günortadan sonra kölgə tərəfə keçəndə isə arenanın tam yarısını örtən kölgə yadıma düşürdü, həmin vaxt arenanın digər yarısı qızmar günəş altda qovrulurdu. O vaxtlar səmanı belə, yəni yarımçıq süzə bildiyim üçün qəlbim sıxılırdı. İndi isə səmanı tam rahatlıqla süzürdüm: bu dilsiz göylərlə bağlı yaddaşımda heç nə baş qaldırmırdı. Bu isə mənə daha çox ləzzət edirdi. Öz yerimə qayıdıb, Tomun böyründə əyləşdim. Susurduq.
Bir müddət sonra o alçaq səslə danışmağa başladı. Artıq sükut ondan ötrü dözülməz idi, yalnız danışmaq yoluyla o, özünün var olduğuna inana bilirdi. Üzünü başqa səmtə tutub danışsa da, mənə xitabən danışdığını təxmin etmək mümkün idi. Çox yəqin ki, məni bu görkəmdə, yəni qan-tər içində və avazımış halda görməkdən ehtiyat edirdi: artıq biz onunla biri-birimizə bənzəməyə başlamışdıq və haradasa güzgü əvəzinə qarşıdakı sifətə göz atmağımız bəs idi. O, üzünü aramızda yeganə canlı sayılan belçikalıya tutaraq:
- Sən bunu anlamağa qadirsən? - deyə xəbər aldı. - Mən isə yox.
Mən də alçaq səslə danışmağa başladım. Bu vaxt üzümü belçikalıya tutmuşdum.
- Nəyi deyirsən ki?
- Yəni bir az sonra başımıza gələcək hadisəni ağlımın kəsdirə bilmədiyini deyirəm. - Mən Tomdan əcayib qoxu gəldiyinin ancaq indi fərqinə vardım. Görünür, adi vaxtlara nisbətən iybilmə hissim güclənmişdi. Mən kinayə ilə:
- Eybi yox, bir azdan anlarsan.
Amma o yenə əvvəlki tərzdə sözünə davam etdi:
- Yox, bu ağlasığmazdır. Mən son nəfəsə qədər dəyanətlə dayanmağa hazıram, amma ən azından onu bilmək istərdim ki… Belə çıxır ki, bir az sonra bizi eşiyə çıxaracaqlar. Bizimlə üzbəüz bu əclaflardan da bir dəstə düzüləcək. Sən bilən onlar neçə nəfər olacaq?
- Bilmirəm, beş də ola bilər, səkkiz də. Amma bundan çox olmazlar.
- Yaxşı. Deyək ki, səkkiz. Onlara: "Nişan al!" əmri verilincə mən üstümə səkkiz tüfəngin tuşlandığını görəcəyəm. O zaman mən geriyə, divara doğru geri çəkilmək istəyəcək, divara söykənəyəcəm, hətta var gücümlə divara sıxılmağa cəhd edəcəyəm. Divar isə qorxulu yuxularda olduğu kimi məni geriyə itələyəcək. Bax, bütün bunları təsəvvürümə gətirə bilirəm. İnan ki, həm də tam aydınlığı ilə!
- İnanıram, - dedim. - Bunu heç mən də səndən pis bacarmıram.
- Yəqin ki, bütün bunlar çox ağırdır. Çünki onlar adamı eybəcərləşdirmək üçün onun ağzını və ya üzünü nişan alırlar, - deyəndə onun səsində qəzəb oxundu. - Mən indidən alacağım yaraları hiss edirəm, bir saat olar ki, boynum və başım ağrımağa başlayıb. Həm də bu, həqiqi ağrıdan da betərdir, çünki həqiqi ağrını mən ancaq sabah səhər duyacağam. Görəsən ondan sonra nə olacaq?
Bununla onun nə demək istədiyini mən yaxşı anlayırdım, amma onun bundan agah olmasını istəmirdim. Elə mən özüm də eyni ağrıları bütün bədənimdə hiss edir, onları yüngül yaralar və çapıqlar kimi varlığımda daşıyırdım. Mən bu ağrılara nə öyrəşə bilirdim, nə də yoldaşım kimi onlara ciddi əhəmiyyət verirdim.
- Sonra? - deyə tərs-tərs xəbər aldım. - Sonra isə sən qurda-quşa yem olacaqsan.
Bunun ardınca o, artıq öz-özüylə danışmağa başladı, hərçənd yenə də gözünü belçikalıdan ayırmırdı. O isə elə bil ki, əsil lal-kar idi. Onun buraya niyə gəldiyini mən yaxşı bilirdim: bizim fikirlərimiz onu heç də maraqlandırmırdı. O buraya bizim indilik həyat eşqi qaynayan, amma ölümün ağzında bulunan bədənlərimizi tədqiq etmək üçün gəlmişdi.
- Bu eynilə qorxunc yuxuları xatırladır, - deyə Tom sözünə davam etdi. - Nə isə başqa bir şey haqda düşünmək istəyirsən, sənə elə gəlir ki, bunu bacarırsan və haradasa bir an sonra artıq nəyi isə qavramaq həddinə yetişirsən, amma bu yerdə hər şey dağılır, buxarlanır, puç olub gedir. Öz-özümdən soruşuram: "Bəs sonrası?" Cavab verirəm: "Sonrası olmayacaq." Amma bunun nə demək olduğunu yenə də anlaya bilmirəm. Bəzən mənə elə gəlir ki, hardasa hər şeyi anlamışam… amma yenə də hər şey puça çıxır, təkrar ağrılar, güllələr və yaylım atəşləri haqda düşünməyə başlayıram. Mən sənə and içə bilərəm ki, mən sözün əsil mənasında materialistəm və inan ki, ağlım hələlik başımdadır, amma yenə də bunlardan bir şey anlaya bilmirəm. Öz meyidimi gözümün qabağına gətirirəm, burada çətin elə bir şey yoxdur, hətta həmin vaxt onu görənin Mən olduğumu və bu meyidi nəzərdən keçirən gözlərin mənimkilər olduğunun da fərqindəyəm. Özümə təlgin etmək istəyirəm ki, mən daha heç nə görməyəcək və bir də heç nə eşitməyəcəyəm, həyat isə yenə davam edəcək - əlbəttə, artıq mənsiz, başqaları üçün. Amma belə fikirlər bizlərə yaddır. İnan ki, əvvəllər də nə isə bir şeyin intizarında mən kirpiyimlə od götürüb, sabahı dirigözlü açmışam. Amma indi, Pablo, bizi gözləyən tamamilə başqa şeydir. O getdikcə üstümüzə çökür və buna özünü hazırlamaq heç də asan iş deyil.
- Mumla, - dedim. - Bəlkə sənin üçün keşiş-zad çağıraq?
O susdu. Məni adımla çağırmağından, xırıltılı səslə danışıb, özünü uzaqgörən adam kimi qələmə verməkdən onun xoşlandığını artıq öyrənmişdim. Bütün bu xasiyyətləri ilə zəhləmi tökmüşdü, amma nə edəsən ki, irlandların çoxusu belədir. Mənə elə gəldi ki, ondan kəskin sidik qoxusu vurur. Əslinə qalanda, mənim Tomla elə bir yaxınlığım yox idi və onunla birlikdə öləcəyimizi bildiyim üçün bu münasibəti dərinləşdirməyə də niyyətli deyildim. Məndən ötrü bu, sən deyən vacib bir şey olmaqdan çıxmışdı. Başqa adamlarla isə bu məsələ tamamilə başqa cür idi. Məsələn, elə Ramon Grisi götürək. Xuanla Tomun yanında mən özümü tamamilə yalqız hiss edirdim. Bəlkə də bu, mənim üçün daha əlverişli idi: əgər Ramon burada olsaydı, indiyə mən çox yəgin ki, birtəhər olmuşdum. Elə belə götürəndə isə mən hər şeyə dözürdüm və axıra qədər də beləcə dözmək niyyətindəydim. Tom isə artıq sözləri qatmaqarışıq şəkildə çeynəməyə başlamışdı. Özünü ölüm barədə düşünməkdən məhrum etmək üçün onun durmadan danışdığı artıq gün kimi aydın idi. Ondan böyrəkləri xəstə adamın sidiyinin qoxusu gəlirdi. Amma ümumiyyətlə götürəndə, mən onun söylədiyi fikirlərlə razı idim və danışmağa qalarsa, mən də eyni şeyləri söylərdim: indi ölmək adama yersiz bir şey kimi gəlirdi. Öləcəyimi gözümün altına aldığım o andan etibarən ətrafdakı hər şey mənə mənasız görünürdü: kömür tozu yığını da, oturacaq da, Pedronun iyrənc sifəti də. Amma mən bu haqda düşünmək istəmirdim, hərçənd hamımızın bu gecə ortaq dərdimizi düşünüb, ortaq qorxu çəkəcəyimizi və ortaq soyuq tərə bələnəcəyimizi yaxşı anlayırdım. Gözaltı onu süzdüyümdə ilk dəfə o mənə qəribə təsir bağışladı: Tomun üzünə ölüm kölgəsi çökmüşdü. Onun bu vəziyyəti bütün qürurumu qırdı - bu son iyirmi dörd saatı Tomla baş-başa keçirmişdik, onunla dərd-sərimi bölüşmüşdüm və bütün bu müddətdə aramızda yerlə göy qədər fərq olduğunu düşünmüşdüm. İndi isə məlum olurdu ki, biz, ekizlər qədər biri-birimizə bənzəyirmişik və bunun da yeganə səbəbi bizi eyni ölümün gözləməsi imiş. Tom əlimi ovcuna aldı, üzünü yana tutaraq:
- Pablo, mən bunu bilmək istəyirəm… hər an özümdən bunu xəbər alıram: doğrudanmı biz həyatdan silinib gedəcəyik? - dedi.
Mən əlimi onun ovcundan çəkərək, dedim:
- Sən bir altına diqqət elə, sarsaq.
Onun ayaqlarının arasında yaranan gölməçəyə şalvarından damcılar axırdı. O çaşqınlıqla mızıldandı:
- Bu nədir belə?
- Sən altını islatmısan - dedim.
O özündən çıxaraq:
- Yalandır! Yalandır! Mən heç nədən qorxmuram.
Üzündə saxta rəhmdillik oxunan belçikalı ona yaxınlaşdı:
- Halınız fənadır?
Tomdan səs çıxmadı. Belçikalının nəzərləri yerdəki gölməçəyə dikilmişdi. Səsində qəzəb duyulan Tom:
- Heç özüm də bilmirəm ki, bu necə oldu, - dedi. - Amma mən qorxmuram. Nəyə istəyirsiniz and içərəm ki, mən qorxmuram!
Belçikalı susub durmuşdu. Tom siyimək üçün qalxıb küncə tərəf yönəldi. Geri dönüb, nəfəyini bağladıqdan sonra skamyaya çökdü və daha cıqqırını belə çıxarmadı. Belçikalı yenə qeydlər aparmağa başladı.
Bizim baxışlarımız ona dikilmişdi. Üçümüzün də. Çünki o diri idi! Onun hərəkətlərindən də dirilik yağırdı, gələcəyə də diri adam kimi baxırdı: normal bir canlı kimi onun da bədəni bu zirzəmidə soyuqdan əsirdi, yeyib-yatmış, bəslənmiş vücudu hələ ki, onun sözünə baxırdı. Amma biz artıq bədənimizin varlığını duymurduq və ya bu duyğu ilə onunku arasında çox böyük təfavüt vardı. Nəfəyimin aşağısını yoxlamaq ürəyimdən keçsə də, buna cəhd eləmirdim. Gözlərim belçikalıya - öz əzələlərini istədiyi kimi idarə edən, ayaqlarının üzərində inamla dayanan, sabahkı günün qayğıları ilə baş-başa qalan bu adama - zillənmişdi. Bizlərlə - gözünü ondan ayırmamaqla bu adamın qanını içməyə hazır olan və kabusu xatırladan üç qulyabanı ilə - onun arasında bir uçurum vardı.
Bu heyndə o, balaca Xuana yanaşdı. Bu yeniyetmə oğlanın başını sığallamağa onu nəyin vadar etdiyini söyləmək çətin idi, bəlkə də bunu onun sənəti tələb edirdi və ya sadəcə qəlbində adi mərhəmət hissi baş qaldırmışdı. Əgər bu belə idisə, bütün gecə ərzində rəhmdillik hissi nədənsə özünü tək bircə kərə biruzə vermişdi. O, Xuanın başını və boynunu oxşadı, gözünü ondan ayırmayan oğlan isə etiraz etməməsinə baxmayaraq qəflətən ikiəlli onun əlindən yapışdı və vəhşi baxışlarını həkimin üzünə dikdi. O, belçikalının əlini ovuclarının arasında tutmuşdu və bundan artıq xeyir gözləmək olmazdı: sanki bir cüt qara kəlbətin rəngi qaçmış taqətsiz əli sıxırdı. Mən bunun ardınca nə baş verəcəyini o dəqiqə anladım, yəqin ki, elə Tom da. Amma belçikalı bunu öz qayğısına qarşılıq kimi dəyərləndirdiyindən üzündə mehriban bir təbəssüm donmuşdu. Bu yerdə oğlan gözlənilmədən ağ, koppuş əli dodaqlarına apararaq onu dişləməyə çalışdı. Belçikalı əlini geri çəkdi və səndələdiyi üçün divara söykəndi. Dəhşət dolu gözlərini düz bir dəqiqə bizə dikib durdu; bizim onun kimi adam olmadığımızı deyəsən ən nəhayət anlamışdı. Onun qəfil qəhqəhəsinə mühafizəçilərdən biri yerindən dik atıldı. O birisi isə hələ də mürgüləyirdi, yarıörtülü göz qapaqlarının altından gözünün ağı işıldayırdı. Özümdə yorğunluq və ruh yüksəkliyi hiss edirdim. Artıq öz ölümüm haqda və dan yeri söküləndə nələr baş verəcəyini düşünməkdən tamam usanmışdım. Onsuz da fikirləşməklə bir yana çıxmaq mümkün deyildi, bu vəziyyətdə bütün sözlər öz mənasını itirdiyindən yersiz görünürdülər. Amma fikrimi başqa bir şeyə də yönəldə bilmirdim, o dəqiqə üstümə tuşlanan tüfəng lülələri təkrar gözümün qabağında peyda olurdu. Təxminən iyirmi dəfə mən öz güllələnmə səhnəmi xəyalımda canlandırdım, bir dəfə isə mənə elə gəldi ki, məni gerçəkdən o dünyaya yollayırlar, görünür, xərifləməyə başlayırdım. Məni divara sarı sürüklədikləri zaman çırpınaraq, onlardan rəhm diləyirdim. O ara yuxudan ayılıb, belçikalıya göz qoydum, çünki yuxuda çığıracağımdan ehtiyat edirdim. Amma belçikalı sakit-sakit bığlarını tumarlayırdı və görünür, elə bir şey hiss etməmişdi. İstəsəydim, bir balaca yuxulaya da bilərdim, çünki iki gündən bəri göz qırpmadığım üçün artıq birtəhər olmaq üzrəydim. İndi qalan ömrümün iki saatını yuxuda itirmək isə mənə ağır gəlirdi, çünki onsuz da onlar sübh tezdən məni yuxulu-yuxulu eşiyə çıxarıb, əlüstü o dünyaya yola salacaqdılar. Mən isə bunu istəmirdim, istəmirdim ki, məni heyvan kimi öldürsünlər, buna görə də hər şeyi özüm üçün aydınlaşdırmalıydım. Bundan əlavə yuxumu qarışdıracağımdan da ehtiyat edirdim.
Fikrimi cəmləşdirmək üçün ayağa qalxıb, var-gəl etməyə başladım, olub-keçənləri xatırlamağa çalışdım. Nəticədə xatirələrin güclü axarına düşdüm. Onların arasında şirinləri də vardı, acıları da. Hər halda onlar indi mənə belə təsir bağışlayırdılar. Xatirimdə müxtəlif əhvalatlar baş qaldırır, tanış üzlər canlanırdı. Valensiya yarmarkasında öküzün buynuzlarına aldığı cavan novilyeronun sifəti, əmilərimdən birinin siması və bir də Ramon Qrisin üzü təkrar xəyalımda canlandı. İyirmi altıncı ildə üç ay sərasər işsiz dolaşdığımı, acından üzüldüyüm günləri xatırladım. Qrandada gecələdiyim skamya gəldi xəyalıma: düz üç gün dilimə heç nə dəymədiyi üçün dişim dilimi kəsirdi, amma ölmək də istəmirdim. Bütün bunları xatırladıqca üzümə təbəssüm qonurdu. O vaxtlar xoşbəxtlik, azadlıq və qadınlar yolunda mən özümü böyük bir ehtirasla oda-atəşə atırdım. Amma bunları nə üçün edirdim? Ona görə ki, İspaniyanın xilaskarı olmaq istəyirdim, Pi-i-Marqala sitayiş edirdim, anarxistlərə qoşulmuşdum, mitinqlərdə çıxış edirdim və bütün bunları ciddi olaraq qəbul etdiyim halda ölümün varlığını tamamilə unutmuşdum. Belə anlarda mənə elə gəlirdi ki, öz taleyimi ovcumun içi kimi bilirəm, indi isə anlayıram ki, bütün bunlar iyrənc bir yalandan başqa heç nə deyilmiş! Mənim həyatımın qara qəpik qədər də qiyməti yox imiş, çünki onun uğursuz sonluğu əvvəl-başdan da bəlli imiş. Əgər indiki kimi, künc-bucaqda çürüyəcəyimi bilsəydim, yəqin ki, bir vaxtlar küçələrdə o baş bu başa cananların ardınca kölgə kimi dolaşmaz, heç yerimdən belə qımıldanmazdım. İndi isə artıq mənim üzümə həyatın qapıları bağlanmışdı, kilidlənmişdi və bu qapı arxasındakı bütün işlər yarımçıq, natamam qalmışdı. Buna baxmayaraq mən keçmiş həyatımın gözəlliyini etiraf etməyə hazır idim. Amma hər hansı bir şeyi onun ilkin cızma-qarasına görə qiymətləndirmək olmaz axı? Mən bir şey anlamadan, bilmədən öz hesablarımı əbədiyyət üçün tutmuşdum. İndi isə heç nəyə heyifsilənmirdim, amma heyifsilənməyə dəyən bir çox şeylər var idi, məsələn, mansanilya şərabı və ya Kadis yaxınlığındakı kiçik çimərlikdə istirahət kimi, amma ölüm hökmü qarşısında bunların cazibədarlığı sıfıra enmişdi.
Qəflətən belçikalının ağlına çox gözəl bir fikir gəldi:
- Dostlar, doğmalarınıza çatdırılacaq hər hansı istəyiniz varsa, mən bunu yerinə yetirə bilərəm. Əlbəttə, əgər hərbi rəhbərlik buna izin verərsə…
Tom mızıldandı:
- Mənim heç kəsim yoxdur.
Mən susurdum. Aradan bir az keçmiş Tom məndən:
- Yəni sən Konçaya heç nə söyləmək istəmirsən? - deyə xəbər aldı.
- Yox.
Belə söhbətlərdən mənim zəhləm gedir. Amma burada günah ancaq mənim özümdə idi: keçən gün dilimi dinc saxlaya bilməmiş və Konça haqqında özüm ona söz açmışdım. O qızla düz bir il yaxınlıq etmişdim. Onunla beş dəqiqəliyinə baş-başa qalmaq xətrinə dünənəcən bəlkə də qolumu balta altına qoymağa hazır idim. Bəlkə elə dünən bu həsrət mənə güc gəldiyi üçün özümü saxlaya bilməyib, Toma bu qız barədə sirr gəlmişdim. Amma indi mən sevgilimlə görüşmək belə istəmirdim, çünki ona deyiləsi elə bir sözüm qalmamışdı. Bəlkə indi onu qucaqlamaq da ağlımdan keçməzdi, bütün bədənim mənə boz-bulanıq, iyrənc və lırtma palçıq təsiri bağışlayırdı və onunla qucaqlaşdığım zaman onun bədəninin də mənə eyni təsiri aşılayacağını artıq özümə təlqin etmişdim.
Yəqin mənim ölüm xəbərimi eşidən Konça hönkürüb ağlayacaqdı, bir neçə aylığa bəlkə həyatdan küsəcəkdi. Amma hər halda ölüm hökmü tək MƏNim üçün veriləcəkdi. Onun gözəl və məlahətli gözlərini xatırlayıram: mənə baxdığı zaman onun baxışlarından varlığıma sanki nə isə anlaşılmaz bir şey axırdı. Yəqin indi daha bu da mənə kömək etməyəcəkdi: çünki indi artıq mən onun baxışlarından da heç nə anlamayacaqdım, bu baxışlardakı məna gəlib mənə çatmayacaqdı. Yalqızlıq məni sarmışdı.
Tom da yalqız idi, amma onun vəziyyəti mənimkindən fərqli idi. İndi o, çömbələrək, yarı heyrət, yarı təbəssüm dolu baxışlarla skamyanı süzürdü. Sonra o sanki nəyi isə uçuracaqmış kimi ehtiyatla skamyaya toxundu, birdən diksindiyi üçün əlini tez də geri çəkdi. Tomun yerində mən olsaydım, skamyanı bu cür süzməkdən vaz keçərdim, çünki bu, bir İrland oyununu xatırladırdı. Amma ətrafdakı əşyaların adama bir qədər qəribə təsir bağışladığını mən də sezmişdim: əvvəlkinə nisbətən onlar sanki boşalmış və öz sərhədlərini itirməyə başlamışdılar. Nəzərlərim skamyaya, lampaya, kömür yığınına dikildiyi zaman ağlımda bir tək fikir doğurdu: mən yoxluğa məhkumam. ÖZ ÖLÜMÜMÜ mən, əlbəttə, açıq-aşkar təsəvvürümə gətirməkdə çətinlik çəkirdim, amma o hər yerdən, ən çox da əşyalardan gözümün içinə baxırdı. Onların məndən qaçmağa, məndən uzaqlaşmağa can atmaları və bunu can verən adamın ətrafındakı adamlar kimi sezilmədən, əl altından etmələri gözümdən yayınmırdı. Bu həddə gəldiyimdə mən Tomun bir az əvvəl skamya ilə deyil, məhz ÖZ ÖLÜMÜ ilə təmasa girdiyini anladım. Həmin an mənə deyilsəydi ki, məni ölüm hökmü gözləyir və mən arxayın istədiyim tərəfə baş alıb gedə bilərəm, bu mənim ruhi tarazlığımı zərrəcə pozmazdı: əgər sənin öz ölümsüzlüyünə olan inamın sarsılıbsa, onda bu hökmün icrasını nə qədər gözləyəcəyinin elə bir fərqi qalmır - bir neçə saat, yoxsa bir neçə il. Odur ki, artıq heç nə vecimə gəlmirdi, heç nə iç dəngəmi pozmurdu. Amma digər yandan bu rahatlığın özü adamı dəhşətə gətirirdi, bunun səbəbkarı isə bədənim idi: gözlərim gördüyü, qulaqlarım isə eşitdiyi halda bu orqanların idarəsi əlimdə deyildi - tir-tir əsən bədənimi tər yuyub aparırdı və o, kontrolumdan çıxmışdı. Bu, artıq mənim vücudum deyil, bir başqasınınkı idi və ona nə olub-olmadığını öyrənməm üçün ona toxunmaq ehtiyacım doğurdu. Bəzən isə onun varlığını hələ də hiss edirdim: bu vaxt mənə elə gəlirdi ki, şığıyan təyyarə kimi harasa quylanıram və o ara ürəyim sinəmdə dəli kimi çırpınırdı. Bundan ürəyim heç də təskinlik tapmırdı: bədənimin başına gələn bütün bu dəyişimlər iyrənc, ikibaşlı və çiyrindirici oyun təsir bağışlayırdı. Bütün bunlarla belə, bədənim özünü farağat aparırdı və mən, sinəmə amansız bir əcinnə daraşıbmış kimi, özümdə bir ağırlıq hiss edirdim. Sanki nəhəng bir zəli bədənimə sarmaşıb dolaşmışdı. Əlimi şalvarımda gəzdirib, onun quruluğunu yoxladım: hər ehtimala qarşı kömür yığınının üstünə siyidim, amma bilmədim içimdən çıxan sidikdir, yoxsa ki tər.
Cibindən saatını çıxarıb süzən belçikalı dedi:
- Dördün yarısıdır.
O əclaf bunu bilərəkdən edirdi! Tom isə bu ara yerindən dik atıldı - biz zamanın əleyhimizə işlədiyini sanki unutmuşduq: bizi zülmət kimi qalın yorğanıyla bürüyən gecənin nə vaxt düşdüyündən heç duyuq da düşməmişdik.
Balaca Xuan da dilə gəldi. Qollarını geriyə qanıran uşaq çığırırdı:
- Ölmək istəmirəm, mən ölmək istəmirəm!
Əllərini yana açaraq, zirzəminin o biri başına götürülən uşaq üzüquylu həsirin üstünə yıxılıb hönkürdü. Bulanıq gözlərini ona yönəldən Tomun uşağın könlünü almağa heç meyli yox idi. Bizdən daha çox çığır-bağır salsa da, bu uşaq hər halda bizdən artıq iztirab çəkə bilməzdi. Xuanın vurnuxması isə bir yol tərləməklə ölümcül mərəzdən qurtulmağa çalışan xəstənin davranışını xatırladırdı. Bizim durumumuzu bütün bunlar dəyişə bilərdimi ki?!
Uşağın öz ölümünə deyil, çarəsiz durumuna acıyaraq ağladığına göz qoyurdum. Bir ara, ötəri olaraq mənə elə gəldi ki, belə getsə, mən də ona qoşulub öz acınacaqlı halıma hönkürəcəyəm. Amma gözlənilənin tərsi oldu: uşağı, onun titrəyən çiyinlərini süzəndə ürəyimin qəflətən daşlaşdığını duydum - indi içimdə nə özümə, nə də başqasına qarşı mərhəmət qalmışdı. Özümə təlqin etdim ki, mən şərəflə ölməliyəm.
Ayağa qalxan Tom açıq lükün altında dayanıb, işıqlanan səmanı seyr etməyə başladı. Mən isə hələ də özünü təlqinlə məşğul idim: «şərəflə ölməli, şərəflə ölməli». Ağlımdan başqa heç nə keçmirdi. Elə ki belçikalı bizə vaxtın varlığını xatırlatdı, o andan etibarən mən zamanın damla-damla necə axdığının fərqinə vardım. Qaranlıqdan Tomun səsi gəldi:
- Eşidirsən?
- Hə.
Həyətdən addım səsləri gəlirdi.
- Nə əl-haya düşüblər bunlar?! Bəlkə bizi sabahın gözü açılmamış güllələyəcəklər?!
Bir dəqiqə sonra sükut bərqərar oldu. Toma:
- İşıqlaşır, - dedim.
Əsnəyən Pedro qalxıb, üfləyərək lampanı keçirtdi və yoldaşına sarı dönüb:
- İliklərimə qədər donmuşam, - dedi.
Zirzəmiyə alaca qaranlıq hakim kəsildi. Uzaqdan qulaqlarımıza atəş səsləri gəldi. Toma:
- Başladılar, - dedim. - Yəqin ki bunu arxa həyətdə icra edəcəklər.
Tom belçikalıdan siqaret istədi. Mənimsə meylim nə tütün çəkirdi, nə də ki içki. Həmin dəqiqədən etibarən bayırda fasiləsiz atəş səsləri eşidildi. Tom soruşdu:
- Görürsən də?
Sözlərinə nə isə əkləmək istəsə də, gələn sözü uddu və qapıya sarı baxdı. Qapı açılınca dörd əsgərlə leytenant içəri girdi. Tomun siqareti əlindən düşdü.
- Steynbok?
Tom susurdu. Pedro başıyla onu göstərdi.
- Xuan Mirbal?
- Odey, həsirin üstə yatıb.
Leytenant çımxırdı: - Ayağa qalx!
Xuanın tükü də tərpənmədi. Əsgərlər qoltuqlarına girməklə uşağı ayaq üstə qoydular. Amma əllərini çəkən kimi Xuan yerə qablandı. Əsgərlər çaşqınlığa qapıldılar. Leytenant:
- Guya beləsini heç görməmisiniz?! - dedi. - Heç nə olmaz, qoluna girib aparın, hər şey bitsin.
O, üzünü Toma tutdu:
- Sən də çıx.
İki əsgər müşayiətində Tom da bayıra çıxdı. Digər ikisi isə çiyinlərindən və topuqlarından yapışmaqla onların ardınca Xuanı zirzəmidən çıxartdı. Xuanın ağlı üstündəydi, gözləri bərələ qalmışdı, yanaqlarıyla aşağı göz yaşları axırdı. Qapıya sarı yönəlmək istəyəndə məni leytenant saxladı:
- İbbiyeta sizsiniz?
- Hə.
- Hələlik dözün. Bir azdan sizdən ötrü gələcəklər.
Zabit çıxdı. Belçikalı ilə iki mühafizəçi onun ardınca düşdü. Yalqız qaldım. Ətrafımda nələr baş verdiyini anlamırdım, odur ki, hər şeyin bir an öncə olub-bitməsini arzulayırdım. Qulağıma atəş səsləri gəldi. Atəşlər arası zaman dilimləri eyni olsa da, hər səfər diksinirdim. Ulamaq, saçlarımı yolmaq gəlirdi içimdən. Amma canımı dişimə tutub, çarəsiz əllərimi ciblərimə soxdum: dözmək lazımdır. Bir saat sonra ardımca gəlib, məni birinci mərtəbədəki, siqaret qoxuyan, havasız otağa apardılar. Az qalırdım boğulum. Kreslolarda yayxanan və durmadan siqaret fısqırdan iki zabitin dizləri üstə bəzi kağız-kuğuz gözə dəyirdi.
- Soyadın İbbiyetadır?
- Hə.
- Ramon Qris harda gizlənib?
- Bilmirəm.
Sualları verən zabit bəstəboy və töşbərçə idi. Gözlüyün arxasından mənə dikilən gözlərindən sərtlik oxunurdu.
- Yaxın gəl, - dedi.
Yaxınlaşdım. Ayağa qalxıb, mənə elə zəhmlə baxdı ki, az qaldım yerə girim. Sonra qollarımı burmağa başladı. Bunu heç də mənə işgəncə vermək üçün etmir, sadəcə mənimlə məzələnir və öz üstünlüyündən həzz alırdı. Üzünü mənə tutanda onun çürüntü qoxuyan nəfəsini duydum. Bu, haradasa bir dəqiqə sürdü və o ara mən özümü gülməkdən güclə saxladım. Az sonra öləcək adamı qorxutmaq üçün daha betər üsul tapmaq lazımdır, onun bu üsulu isə zəif və gülünc idi. Məni sərt hərəkətlə itələyərək keçib yerində oturdu və dedi:
- Ya sən, ya da o. Onun yerini desən, canını qurtaracaqsan.
Hər halda qarşımdakı bu qalstuklu, uzunboğaz çəkməli tiplər də əvvəl-axır gəbərəcəkdilər. Mənimlə müqayisədə bu bir az gec olacaqdı, amma yenə də olsun… Kağızlarda adları yazılan adamları izləyib həbs etmək və ya güllələmək idi bunların işi. Onların İspaniyanın gələcəyinə və digər məsələlərə münasibətləri mənimkindən fərqliydi. Üzlərindən yağan işgüzarlıq hər nə qədər gülünc olsa da, mənliyimə toxunurdu və mən heç vaxt bu gicbəsərlərin yerində olmaq istəməzdim.
Gözünü məndən çəkməyən o gülünc, bəstəboylu töşbərcə qırmancını çəkməsinə döyəcləyir və gözünü məndən çəkmirdi. Bununla o, özünü mənə amansız birisi kimi tanıtmaq məqsədi güdürdü.
- Hə, ağlını başına topladın?
- Qrisin yerini bilmirəm, - dedim. - Bəlkə də Madridə gedib.
O biri zabit taqətsiz halda əlini qaldırdı. Onun bu taqətsiz jestində hansısa bir məna gizlənirdi və bu adamların öncədən öz aralarında razılaşdırdıqları vecsiz şərti işarətlərdən necə böyük həzz aldıqlarını görmək məni heyrətə gətirirdi.
- Sizə düşünmək üçün on beş dəqiqə veririk, - deyərək o, - bunu aparın camaşır anbarına, on beş dəqiqə sonra isə geri gətirin. Tərslik eləsə, yerindəcə güllələyin getsin.
Bu əclaflar nə etdiklərini yaxşı bilirdilər: bütün gecəni intizarda keçirəndən sonra məni bir saat da zirzəmidə saxladılar, o ara Xuanla Tomu güllələdilər, indi də məni camaşır anbarında gözlətmək istəyirlər - hər halda onlar bu fikrə hələ dünən gəlibmişlər. Yəqin sanırmışlar ki, tarım çəkilən sinirlərim bütün bunlara tab gətirməyəcək və hər şeyi açıb deyəcəyəm. Amma yanılırdılar. Mən, əlbəttə ki, Qrisin yerini bilirdim. O, şəhərdən dörd kilometr aralıda, xalası oğlanlarıgildə gizlənirdi. Onu da dəqiq bilirdim ki, mənə işgəncə versələr də, Qrisin yerini açıb bunlara deməyəcəyəm. Amma işgəncə fikri bunların heç ağlına da gəlmirdi. Bütün bunlar mənə gün kimi aydın olduğundan hər şeydən tam arxayın idim. Təkcə bir şeyi anlamırdım ki, niyə mən özümü başqa cür yox, məhz belə aparıram. Məsələn, niyə Ramon Qrisi ələ verməkdənsə, ölməyə üstünlük verirəm? Niyə? Mən ki, artıq Ramona rəğbət bəsləmirdim. Ona olan dostluq hisslərim gecənin sonuna doğru tükənmişdi: həmin vaxt bu hisslə yanaşı, mənim Konçaya qarşı sevgim də, olan-qalan həyat eşqim də sönmüşdü. Əlbəttə, Ramona həmişə hörmət bəsləmişəm, çünki o, dəyanətli adam idi. Amma təkcə buna görə onun yerinə ölməyə mən razı deyildim: bütün ömürlər bir qara qəpiyə dəymədiyi halda indi Ramonun həyatı mənimkindən daha çox dəyər kəsb edirdi. Amma adamı - nə fərq edərmiş: məni, Ramon Qrisi, yoxsa bir başqasını - divara dirəyib qurşuna düzməklə, onu cəhənnəmə vasil edirlərsə, onda aramızda prinsipial heç bir fərq qalmır. Yaxşı anlayırdım ki, Ramonun həyatı indi İspaniya üçün daha dəyərlidir, amma nə İspaniya, nə də ki, anarxistlər artıq mənim qozuma da deyildi və məndən ötrü heç nəyin əhəmiyyəti qalmamışdı. Amma hər şeyə rəğmən mən burada oturub baş sındırır, Ramon Qrisi satmaqla qurtulmaq imkanım ola-ola, buna qol qoymurdum. Bu eşşək tərsliyim isə artıq özümə də məzəli gəlirdi. Öz-özümə dedim ki: "Bəsdir də qatıqladın!" və bundan sonra kefim bir xeyli duruldu. Ardımca gəlib, məni bayaqkı otağa apardılar. Ayağımın altından bir siçovulun qaçması lap kefimə kef qatdı. Əsgərlərdən birinə sarı dönüb:
- Siçovula bax, - dedim.
Mühafizəçim dinmədi. Hər şeyə ciddi yanaşdığından onun üzündən zəhrimar yağırdı. İçimdən dəli kimi qəhqəhə çəkmək keçsə də, özümü toparladım: qorxum ondan idi ki, gülməyə bir başlasam, çətin ki, dayanam. Mühafizəçimin bığı vardı. Ona:
- Bığını qırx, sarsaq, - dedim.
Yaşamağa davam edən birisinin üzünün qalın tük qatıyla örtülməsiylə razılaşması indi mənə gülünc görünürdü. O, yarıkönül mənə bir təpik ilişdirdi, mənsə susdum. Töşbərçə zabit məndən:
- Nə oldu, ağlın yerinə gəldi? - soruşdu.
Nadir həşərata baxar kimi mən onu dərin maraqla süzərək dedim:
- Hə. Onun yerini bilirəm. Qəbristanlıqda gizlənib. Ya qarovulçunun daxmasında, ya da ki, sərdabədə.
Bununla mən onları dolamağı düşünürdüm. Onların necə yerlərindən sıçrayıb, kəmərlərini taxacaqlarını, ciddi-cəhdlə sağa-sola əmrlər verəcəklərini görmək istəyirdim. Onlar doğrudan da bu heyndə yerlərindən dik atıldılar.
- Haydı. Moles, leytenant Lopesdən on beş adam alın, gedək.
Töşbərçə mənə:
- Əgər bu xəbər doğru çıxsa, verdiyim vədə əməl edəcəyəm. Yox, əgər bizi dolayırsansa, ağzının payını alacaqsan.
Bu yaramazlar otaqdan hay-küylə çıxandan sonra mən əsgərlərin nəzarətində qaldım. Onların qan-tər içində qəbristanlığa necə qaçdıqlarını gözlərim önündə canlandıranda ixtiyarsız irişirdim. Öz hərəkətimi əsil hiyləgərlik sanırdım. Gözümün qabağına gətirirdim ki, onlar sərdabənin qapısını necə açırlar və ya baş daşlarının ardına necə göz gəzdirirlər. Bütün bunları kənar adam gözüylə seyr edirdim: axtarılan qəhrəmanın davranışı, zəhimli və şələbığ əsgər, başdaşları arasında qaynaşan hərbçilər mənə məzə verirdi. Yarım saat sonra töşbərçə geri döndü. Həmin andaca güllələnəcəyim haqda əmr verəcəyini umurdum. Yəqin yoldaşlarını qəbristanlıqda qoyub gəlmişdi. Amma məni diqqətlə süzən zabitin baxışlarından heç də ələsalınmışlıq oxunmurdu. Axır ki:
- Aparın bunu əsas həyətə, o birilərin yanına, - dedi. - Bunun taleyini döyüşlərdən sonra hərbi tribunal həll edəcək.
Qulaqlarıma inanmadığımdan sözlər mənə çatmırdı. Soruşdum:
- Necə, bəs məni güllələməyəcəklər ki?
- Ən azından indi yox. Sonra isə bunu mənsiz edəcəklər.
Mən yenə də heç nə anlamırdım.
- Axı niyə ki?
O, səssizcə çiyinlərini çəkdi, əsgərlər məni apardı. Əsas həyətdə dörd yüzə yaxın qocalı-uşaqlı məhbus yığılmışdı. Çaşqın halda mən həyətin ortasındakı gül kollarının həndəvərində dolaşırdım. Günortaya yaxın bizi yığıb yeməkxanaya apardılar. Orada iki-üç nəfər mənimlə kəlmə kəsməyə çalışdı, hər halda məni tanıyırdılar. Amma mən onlara cavab vermədim, çünki artıq harada olduğumu, nə olduğumu anlamırdım. Axşamüstü həyətə onlarla yeni məhbus gətirdilər. Bunların arasından mən çörəkçi Qarsianı tanıdım. O, mənə:
- Bəxtin varmış ha! Səni diri görəcəyimi heç ağlıma gətirməzdim, - dedi.
Cavabında mən:
- Barəmdə güllələnmə hökmü çıxarmışdılar, - dedim, - sonradan hökmü dəyişdirdilər. Amma niyə, bilmirəm.
Qarsia dedi:
- Məni isə saat ikidə həbs etdilər.
Qarsia siyasətlə maraqlanmadığından soruşdum:
- Nə üstündə?
- Mən nə bilim?! Onsuz da bunlar özləri kimi düşünməyən hər kəsi həbsə atırlar da.
Səsini qısaraq:
- Qrisi ələ keçiriblər, - dedi.
Diksindim.
- Nə vaxt?
- Bu sabah. Öz axmaqlığı ucbatından. Çərşənbə günü xalaoğlusuyla dilləşdiyindən onun evini tərk edib. Sığınacaq təklif edən çox olsa da, o, heç kimə yük olmaq istəməyib. Mənə isə demişdi ki: "Əgər İbbiyetanı həbsə atmasaydılar, onun evində gizlənəcəkdim. Odur ki, qəbristanlıqda gizlənəsi oldum."
- Qəbristanlıqda?
- Hə də. Əcəb axmaq fikirdir. Bu səhər isə əsgərlər oranı mühasirəyə alıblar. Qarovulçunun daxmasında yaxalanan Qris onlarla atışmada öldürülüb.
- Qəbristanlıqda!
Gözümün önündəki hər şey ilğıma döndüyü üçün yerə sərildim. Dəli kimi qəhqəhələr çəkdiyimdən gözlərimdən yaşlar sel kimi axırdı.
1939
E-mənbə: http://azadyashar.com-info.ru/Azad_YASHAR_Cheviri_Divar.htm
MƏHƏMMƏD FÜZULİ
Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şe`rin ən böyük nümayəndəsi Füzulidir. Özünəqədərki Yaxın və Orta Şərq xalqlarının müxtəlif dillərdə yaratdığı zəngin mədəniyyətin ziyası altında müşahidə edən sənətkar zəngin və çoxcəhətli bir irs yaratmışdır. Azərbaycan, fars və ərəb dillərində Şərq şe`rinin müxtəlif şəkillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, hər şeydən əvvəl, dərin humanizm ilə seçilir. Onun əsərlərində XVI əsrin birinci yarısının həyatı demokratik mövqedən əks olunmuşdur. Ana dilini dərindən sevən şair bu dildə “nəzmi-nazik” yaratmaqla böyük qəhrəmanlıq göstərmişdir. Onun əsərləri həyata, insana dərin məhəbbətin ifadəsidir. Bu əsərlərdə xalqın nəcib qəlbi, müqəddəs arzuları əks olunmuşdur. Bu əsərlər Azərbaycan xalqının əvəzolunmaz mə`nəvi sərvətidir.
Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Füzulinin həyat və yaradıcılığı ilk dövrləri Bağdad və Kərbəla da daxil olmaqla İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Bu, 1534-cü ilə, şairin 40 yaşına qədər davam etmişdir. O, feodal üsuli-idarəsinin eybəcərliyi, hakim təbəqələrin mə`nəvi yoxsulluğu, cahilliyi haqqında kəskin inkaredici əsərlər yazır. “Şikayətnamə”, “Leyli və Məcnun”, “Padşahi-mülk”, Ənisül-qəlb”, “Könül, səccadəyə basma ayaq, təcbihə əl urma” kimi feodal gerçəkliyini ehtirasla inkar və ifşa edən əsərləri məhz bu vaxt yaranır.
Məhəmməd Füzuli qəməri tarixilə 963-cü, miladi təqvimlə 1556-cı ildə taun xəstəliyindən Kərbəlada vəfat etmiş, orada da dəfn olunmuşdur. Bu tarixi onun yaxın dostu və müasiri Əhdi Bağdadi öz təzkirəsində göstərmiş, başqa mənbələr də təsdiq edirlər.
O, çoxlu miqdarda epik və lirik, mənzum və mənsur, elmi və bədii əsərlər yaratmışdır. Onun ədəbi irsinə azərbaycanca “Divanı”, farsca “Divanı”, azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət “Divanı”, “Leyli və Məcnun” aşiqanə romantik poeması, “Bəngü Badə”, “Yeddi Cam” alleqorik poemaları, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, “Hədiqətüs-süəda” kimi türkcə nəsr əsəri, “Hədisi ərbəin tərcüməsi”, “Mətləül e`tiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri daxildir.
Qəzəllər:
· “Məni candan usandırdı”
· “Söz”
· “Olsaydı məndəki qəm”
· “Yetər ey fələk”
· “Tutuşdu qəm oduna”
· “Pənbeyi-daği-cünun”
· “Keç”
· “Bəkləriz”
· “Könül səccadəyə basna ayaq, təsbihə əl urma”
· “Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”
Yuxarıdakı son iki qəzəldə mövhümatın, rühaniliyin cəsarətli inkarını görmək mümkündür. Naqis taəti, zahiri ibadəti Füzuli nifrətlə rədd edir, islamın bir çox ayinlərini bəyənmədiyini bildirir.
Mütəfəkkir şair islam dinini tənqid etməyi qarşısına məqsəd qoymasa da, dini təmsil edən ruhani aləmini elə kəskin ifşa və inkara girişir ki, şe`r həm də dinin tənqidi kimi səslənir. Füzuli nə qədər dindar olsa da, adi müsəlman deyildi. O, panteist filosof idi. Füzuli ateist olmasa da, adi dindar da deyildir. Onun islam rühanilərini cəsarətlə tənqidində də bu cəhəti unutmaq olmaz.
Qəsidələr:
· “Su”
· “Gül”
· “Xəncər”
· “Qələm”
· “Eylər”
· “Ənisül-qəlb”
Qitələr:
· “Padşahü-mülk”
· “Müttəsil mə`rifət əhlini”
Poemalar:
· “Bəngü Badə” (1515-1524) Şah İsmayıl Xətayiyə ithaf olunmuşdur. Poema xəfif bəhrinin ən işlək ölçüsündə yazılmışdır.
· “Yeddi cam” ( ) Poema mütəqarib bəhrində yazılmışdır, burada süjetə epik ünsürlər daxil edilmiş, müxtəlif musiqi alətləri ilə söhbət verilmiş, həftənin yeddi günü və kainatı dərk etməsi prosesi göstərilmişdir.
· “Söhbətül-əsmar” ( ) Alleqorik poemadır.
· “Leyli və Məcnun” (1537) Sultan Süleyman Qanuniyə ithaf olunmuşdur.
Məktublar:
· “Şikayətnamə”
Əsərlər:
· “Səhhət və Mərəz” Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir.
· “Rindü Zahid” Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur.
· “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır.
· “Hədisi ərbəin tərcüməsi”
· “Mətləül e`tiqad
Подписаться на:
Сообщения (Atom)