Elxan Elatlı 19 dekabr 1962–ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində, Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində və Şamaxı rayon Qəleybuqurd kənd orta məktəbində alıb.
Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb.
2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 13 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, səkkizi isə detektiv nəsr əsərləridir.
"Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Комментариев нет:
Отправить комментарий