Tanıtım:
Xanım Culi O Kallaxan 1954-cü ildə Çikaqoda anadan olub. 1974-cü ildə əcdadlarının vətəni İrlandiyaya köçür. Burada gələcək əri ədəbi tənqidçi Dennis O Driskolla tanış olur və burada yaşamağa başlayır.
İlk kitabı- "Yüngül lətifələr" 1983-cü ildə çap olunub. Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü gördü və bu, fakt onun özünütəsdiqində böyük rol oynadı. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ı tərk etsə də, özünü amerika şairi hesab edir.
Şirin çörəklər və qar
Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.
Bacım iri fincandan
kakao içir.
Arxamızda
kitabların sakitləşdirici düzülüşü,
pəncərənin çöl tərəfində
ağ işıqların
qışın budaqlarını bəzəməsi.
Ona görə
hər şeyi necə var
eləcə saxlamaq istəyirəm:
qoy qar parıldayaraq,
kakao buxarını yaysın,
şəkər tozu səpilmiş bükmələr
ağ boşqabda gözləyərək dursun -
nə qədər mümkünsə.
Ev
İllinoys ştatında doğan günəş
məni,
özümü yad bir adam kimi
hiss etməyə məcbur edir,
burada isə -
öz maşınımdaca
irlandlı gənc oğlan mənə
şimala - Çikaqoya doğru,
xəyalındakı yüz illər əvvələ
şütüməyi hökm edir.
Həyatımı idarə edən bu oğlan
maşınımın istiqamətini müəyyənləşdirir.
Haçansa Bostonu nişan alsaydı
deməli, indi mən
ora şütüyərdim.
Təsirlidir,
təsirlidir ki, biz kiməsə
həvalə edirik taleyimizi,
başqaları müəyyənləşdirir
bizim nə vaxt harada olmağımızı,
danışıq şivəmizin necəliyini.
Təsirlidir ki,
bizi başqaları məcbur etməlidir
düzənlikdə
və sünbül əkilmiş tarlalarda
yaşamağa.
Yük maşınlarının yanındakı kafedə
iri fincandan qəhvə içirəm
və anlamağa çalışıram
kənddə yaşayanların
sol yanımda necə oturduğunu,
və arxamda olan hərbçilər də
beləcə, hadisələrin hökmüylə
səpələniblər buraya -
boşluqların tən ortasına.
Və biz indi
sadəlöhvlüklə bu yeri
ev adlandırırıq.
E-mənbə: http://almaqezeti.com/?mod=view&id=4632
Комментариев нет:
Отправить комментарий